"Qərb razılaşarsa, kəskin dönüş ola bilər"-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 09:42 07.08.2024
Ukrayna Qərb ölkələri ilə yanaşı digər dövlətlərlə də həm siyasi, həm də hərbi əlaqələrini gücləndirməyə çalışır. Buna Ukraynanın müdafiə naziri Rustem Umerovun Türkiyə səfərini misal çəkə bilərik.
Mövzunu "İnformator.az"a şərh edən siyasi şərhçi Asif Nərimanlı Ukrayna ətrafında geosiyasi vəziyyətin dəyişdiyini qeyd edib:
"Amerika tərəfdən hərbi yardım təmin edilsədə qarşıdakı dövrdə bu heç də tam güvəniləsi məsələ deyil. Çünki Amerikada seçkilərdir və Ukraynada belə gözlənti var ki, Tramp yəni Respublikaçılar qalib gələrsə bu onların Amerikadan aldıqları hərbi yardımda ciddi problemlər yaradacaq. Ona görə görünür Ukrayna alternativ mənbələr axtarır. Bu mənbələrdən biri də Türkiyədir. O Türkiyəyə həm hərbi, həm də siyasi alternativ kimi baxır. Bunun bir səbəbi Rusiyaya qarşı müqavimət gücünü saxlamaqdır. Həm də Ukrayna ordusunun arsenalını təchiz etməkdir. Siyasi baxımdan isə Ukraynaya Türkiyənin dəstəyi lazımdır".
Ekspert Rusiya Ukrayna müharibəsi başlandığı dövrə diqqət çəkərək Türkiyənin bu iki dövlət arasında vasitəçi olduğunu bildirib:
"İstanbul danışıqları həyata keçirilirdi və Türkiyə Ukrayna üçün lazım olarsa, onun müəyyən qədər müdafiə edilməsini də dəstəkləyə bilər. Təbii ki, bu gün Qərb tam olaraq Ukraynanın mövqeyini Rusiyaya qarşı tam dəstəkləyir. Rusiya və Ukraynanı danışıqlar masasına əyləşdirə bilərlərsə, Qərb bu proseslə razılaşarsa, o zaman kəskin dönüş ola bilər. Əgər danışıqlar prosesi başlayarsa Qərb Rusiya ilə anlaşıb Ukraynanın maraqlarını tam nəzərə almayada bilər. Belə ssenarilərdə istisna edilməməlidir. Qərbdə verilən çağırışlar var ki, zaman- zaman səngiyir və ya gündəmə gəlir. Bu da istisna deyil. Tramp hakimiyyətə gələrsə, Ukraynanı tam olaraq Rusiyanın şərtləri ilə razılaşmağa məcbur edə bilərlər. Bu baxımdan Türkiyə Ukrayna üçün əlavə alternativ və çıxış yollarından biri ola bilər.
Qarşıdakı dövrdə həll edici döyüş olarsa, Ukraynanın Türkiyə pualarına ehtiyacı yaranacaq. Bunların hər biri həm hərbi, həm də siyasi proseslərə təsir edəcək məsələlərdir".
Banuçiçək Kalbalıyeva