Sirkənin orqanizm üçün bilmədiyimiz faydaları-Həkim AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 18:05 22.08.2024

Tükənməyən faydaları olan, məişətdə çox istifadə olunan məhsullardan biri də sirkədir. Sirkədən qidada, yeməklərdə, salatlarda dadlandırıcı olaraq, məişət təmizliyində təbii təmizləyici vasitə kimi istifadə edilir.

Bəs sirkənin orqanizm üçün bilmədiyimiz başqa hansı xüsusiyyətləri var?

Tibb üzrə ekspert Aydın Əliyev "informator.az"a verdiyi müsahibəsində bildirib ki, sirkə bədənin ümumi gücünü artırır:

"Sirkə infeksiyaların təmizlənməsi üçündür, antimikrob təsir göstərir.  Bədəndə olan infeksiyaları azaldırsa, onda bədənin ümumi gücünü artırır.
Alma sirkəsində maqnezium, kalium daha çox olur. Maqnezium ionu əzələləri boşaldır, deməli, təzyiqə qarşı təsir edir. Tərkibində kalium varsa, ürəyin keçiciliyini yaxşılaşdırır, aritmiyaya təsir göstərir".

Ekspert vurğulayıb ki, hər hansısa maddə bir orqana xeyirdirsə, digər orqanlara da təsiri danılmazdır:

"Limon turşusu, alma sirkəsi qaraciyərin hüceyrələrini normalaşdırır. Bizdə keçmişdə sirkələrdən çox istifadə olunmurdu. İndi əhalimiz sirkənin sağlamlığımızdakı rolunu bilib, istifadə edirlər.

Bəzən belə bir informasiyanı oxuyanda insanlar elə bilirlər ki, alma sirkəsinin mütləq qaraciyərə müsbət təsiri var. Bu belə deyil. Ümumiyyətlə, bədənə, orqana hər hansısa maddə, sirkə xeyirdirsə, həmin orqanın fəaliyyəti normallaşırsa, digər orqanların da normallaşma prosesi başlayır. Söhbət  düzgün istifadədən gedir.

Maddələrin ayrı-ayrılığını deyəndə insanlar düzgün başa düşmürlər. Konkretləşirlər. Dediklərim sağlam orqanizm üçün keçərlidir.

Məsələn, almanı çox çeynəmədən yeyəndə mədə-bağırsağın hərəkətini artırır".

Lalə Qafarova