Azərbaycanda zəlzələ gözlənilirmi?

Bölmə: Sosial › ,
Tarix: 21:30 26.04.2025

Azərbaycan tarixi boyunca güclü zəlzələ yaşamış ölkələrdən biridir. Regionun seysmik xəritəsi göstərir ki, bir çox ərazilərimiz zəlzələ baxımından risk altındadır. Son zamanlar müşahidə olunan yeraltı təkanlar isə bu mövzunu yenidən gündəmə gətirib.

 

Mövzu ilə bağlı seysmoloq Ənvər Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanda bir çox ərazilərin zəlzələ riski yüksəkdir:

 

"Zəlzələnin risklərindən savayı, onun harada olması, zamanı çox önəmlidir. Ola bilər ki, güclü zəlzələ olar, amma saniyələr çəkər. Ən riskli bölgələr Şamaxıdan Şəkiyə qədər olan ərazilərdir. Zəlzələnin vaxtını, dəqiqəsini, gücünü öncədən bilmək olmur. Seysmik fəallıq isə daim artır. Seysmik zonada yerləşən bütün ölkələrdə zəlzələ riski var. Türkiyəni buna misal göstərmək olar. Zəlzələyə görə cəmiyyəti də maarifləndirmək lazımdır. Bu zaman diqqətli olmaq lazımdır. Əgər güclü tikilidirsə sütunların altında dayanmaq lazımdır. Azərbaycanda zəlzələnin harada, nə zaman olacağını dəqiq bilmək olmur".

 

Fatimə Heydərova