Bəşəri problem: İqtisadi bərabərsizlik nədir?-RƏY
Bölmə: İqtisadiyyat › ,Tarix: 21:03 27.08.2024
"İqtisadi bərabərsizlik - iqtisadi qurumlar, fərdlər, ölkələr arasında, sərvətdə, imkanda, sosial rifahda olan qeyri-bərabərsizlikdir. İqtisadi bərabərsizlik bəşər cəmiyyəti yaranandan bu yana hansı quruluşun olmasından asılı olmayaraq hər zaman olub. Sosializmdə belə iqtisadi bərabərsizliklər hər zaman hökm sürüb".
Bu sözləri "informator.az"a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov söyləyib. Ekspert iqtisadi bərabərsizliyin təsirlərindən də bəhs edib:
"Güclü zəifdən daha çox qidalanır, daha yaxşı rifah sürür. İqtisadi sahədə bu formatdadır. Birinin digərindən sosial rifahı, sərvəti daha çox olur. Bununla da bağlı heç bir quruluşda nəsə etmək mümkün olmur. SSRİ dönəmini belə əgər təhlil etsək görərik ki, sosial bərabərsizlik hökm sürürdü. Çünki insanların bilik və bacarıqları, imkanları eyni olmadığına görə sosial rifahıda eyni olmurdu. Bu həqiqətən çoxşaxəli bəşəri problemdir. Buna görə də BMT-nin bununla bağlı konsepsiyası var. Xüsusilə dünya ölkələrində bu məsələləri tam aradan qaldırmaq münkün deyil".
Asif İbrahimovun sözlərinə görə, dünya ölkələri də bu məsələləri minimuma endirmək üçün əllərindən gələni edirlər:
"Hətta 2024-cü ildə G20 sammitində belə bu məsələ xüsusilə ön plana çıxarıldı. Bununla bağlı qərarlar qəbul edildi. Bir sıra ölkələrdə beynəlxalq səviyyədə də iqtisadi bərabərsizliklər var və ölkə daxilində fərdlər, qruplar arasında da bu tip məsələlər olduğuna görə nəzarət tədbirləri artırılmalıdır. Bunun da həlli yolu yoxdur. İqtisadiyyat da bu formada olmalıdır. Yəni, bunun əksinə bir yandan neqativ tərəfi olduğu kimi üstün cəhətləri də odur ki, sərbəst mühit yaradılsa ölkə iqtisadiyyatına xeyir verəcək".
Fatimə Abdulrəhimli