"Dildə işlənən əcnəbi sözlər dilə hörmətsizlikdir.."-Dilçidən ETİRAZ
Bölmə: Sosial › ,Tarix: 20:28 12.09.2024
Günümüzdə əksər yeniyetmə və uşaqlar gündəlik nitqlərində Azərbaycan dilini səlist şəkildə istifadə edə bilmirlər. Nitqlərində xarici və türk sözlərinə daha çox üstünlük verirlər.
Bunun səbəbləri nələrdir?
Azərbaycan dilini həmin yaş kateqoriyasında olan şəxslərə necə möhkəmlətmək olar?
Bu barədə dilçi Baba Məhərrəmli "informator.az"a açıqlamasında bildirib:
"Uşaqların, gənclərin bəzən nitqlərində lazımsız yerə xarici sözlər işlətməsinin səbəbi mütaliə edilməməsidir.
Azərbaycan ədəbiyyatını və poeziyasını oxumurlar. Sözlərin mənalarını bilmirlər, xalq ədəbiyyatını oxumalıdırlar ki, söz ehtiyatları artsın.
Bu hal həm də ailədən gəlir. Ailə daxilində Azərbaycan dilində danışılırsa uşaq da bunu özünə götürür.
Azərbaycan dilinin incəliklərini öyrənmək üçün birinci məktəb ailədir. Sonra isə təhsil burda möhüm əhəmiyyət daşıyır.Ana dilində mənbələri və qaynaqları öyrənmək lazımdır. İnsan nitqini mükəmməl etmək üçün öz üzərində çalışmalıdır".
Dilçinin sözlərinə görə, bu yaş kateqoriyasında olan insanlar əsasən internet vasitəsilə həmin sözləri işlətməyə başlayırlar:
"Dilimizə qarşı milli təəssübkeşlik olmalıdır. Bu olanda vətəndaş öz milli dilini sevərək öz sözlərini işlədəcək. Dildə işlədilən əcnəbi sözlər dilə hörmətsizlikdir".
Aslanova Fatimə