Borcu olan şəxslərin ölkədən çıxmasına məhdudiyyət qoyula bilər?

Bölmə: Sosial › ,
Tarix: 20:37 12.09.2024

Bir çox vətəndaşların kreditləri, borcları var və bu az miqdardan çox miqdara qədər dəyişir. Bu il belə bir qayda var ki, kreditləri, borcları olanların Şuşaya getməsində qadağan olacaq.

 

Bəs bu şəxslərin xaricə getməsinə də hər hansı məhdudiyyətlər qoyulurmu?

 

Bu barədə "İnformator.az"a müsahibəsində hüquqşünas Ramil Süleymanov bildirib ki, kredit borcunun olması şəxsin hərəkət azadlığını məhdudlaşdıran bir səbəb deyil:

 

"Azərbaycan Respublikasının Konstutisiyasının 28.3 maddəsinə görə Azərbaycan Respublikasında hər kəs sərbəst şəkildə hərəkət edə bilər və özünə yaşayış yeri seçə bilər. Şəxsin hərəkətləri o, cümlədən yaşadığı yeri tərk etməsi, hər hansısa bir digər yerlərə getməsi qanunla yalnız şəxs barəsində cinayət işi olarsa, və bununla bağlı məhkəmənin qanuni qüvvəsinə alınır. Qəti imkan tədbiri barədə qərarı olduqda, şəxsin hərəkət azadlığı məhdudlaşdırıla bilər. Eyni zamanda şəxsin kredit borcunun olması ilə bağlı və bu kredit borcunu ödəyə bilməməsi icra şöbəsinin təqdimatı əsasında məhkəmənin qərarı əsasında şəxsin ölkədən çıxışı məhdudlaşdırıla bilər. Həmin məhdudlaşdırma ilə şəxs yalnız ölkə hüdudlarından kənara çıxması məhdudlaşdılır". 

 

Hüquqşünasın sözlərinə görə, ölkə daxilində şəxsin hərəkət azadlığı var və belə bir hüquq məhdudlaşdırıla bilər:

 

"Dediyimiz şərtlər altında əgər, şəxsə portaldan imtina verirsə, Qarabağ zonasına səfər etməsi üçün şəxs bununla bağlı rəsmi şəkildə sorğu təqdim edə bilər. Aldığı cavabdan olduğu yerin inzibati məhkəməsinə müraciət etməklə onun barəsində tətbiq olunan bu qadağanın ləğv olunması, ümumiyyətlə, həmin inzibati aktın ləğv olunması barəsində məhkəməyə iddia ərizəsi təqdim edə bilər".

 

Nigar Səmədli