Dünyanın ilk tam göz transplantasiyası xəstəsi "qeyri-adi" irəliləyiş əldə edir

Bölmə: Maraqlı › ,
Tarix: 23:41 16.09.2024

Eynilə transplantasiya edilən heyvanlarda da əməliyyatdan sonra donor gözün kiçilməsi müşahidə olunub.

Ceymsin donor gözündə görmə qabiliyyəti bərpa olunmayıb. Lakin tədqiqatçılar ümid edirlər ki, o, bir gün onu yenidən görəcək. Aaron James-i izləyən tədqiqatçılar onun əldə etdiyi irəliləyişdən "heyrətləndiklərini" deyirlər. Ceymsin oftalmoloqu Vaidehi Dedania deyib:

“Əməliyyatdan sonra əldə etdiyimiz nəticələr qeyri-adidir. Bu nəticələr kritik duyğu orqanlarının transplantasiyası ilə bağlı araşdırmalara ilham verə bilər",- dedi.Transplantasiyadan sonrakı prosesi araşdırma olaraq dərc edən mütəxəssislər, göz qişasının işığa elektrik reaksiyasını ölçən elektroretinoqrafiya testini Ceymsə tətbiq ediblər. Bu test donor gözündə işığa həssas sinir hüceyrələrinin transplantasiyadan sağ çıxdığını göstərdi.Tədqiqatda iştirak edən komanda deyir ki, bu nəticələr gələcəkdə göz transplantasiyası vasitəsilə görmə qabiliyyətinin bərpasına ümid verir. Ceyms qəza zamanı sağ gözünü itirməyib. Keçən may ayında o, 140-dan çox səhiyyə işçisinin iştirak etdiyi 21 saatlıq əməliyyat keçirdi. Donor olan üz və göz 30 yaşlarında olan kişi donordan alınıb. Əməliyyat zamanı həkimlər bərpanı gücləndirmək üçün donorun sümük iliyindən yetkin kök hüceyrələrini görmə sinirinə yeridiblər.
Ceymsin sağalma prosesi ilə bağlı dərc edilən tibbi araşdırmalar onun transplantasiyadan sonra bərk qidalar yemək və yenidən qoxu ala bilməsi kimi mühüm mərhələlərə çatdığını göstərir.

Bərpa prosesindən danışan Ceyms deyir: “Mən demək olar ki, adi bir insan olmağa qayıtmışam, standart işləri görə bilirəm".

46 yaşlı təqaüdçü hərbçi ABŞ-da üz transplantasiyası əməliyyatı keçirən 19-cu şəxs olub. O, göz transplantasiyası əməliyyatı keçirən ilk insandır.Göz transplantasiyası əməliyyatları bu duyğu orqanının mürəkkəb quruluşu və funksiyaları səbəbindən bir çox çətinliklərlə üzləşir. Universitetin Üz Transplantasiyası Proqramının direktoru Dr. Eduardo Rodriguez deyir ki, onlar Jamesin transplantasiyası vasitəsilə görmə qabiliyyətini necə bərpa edəcəyini anlamağa diqqət yetirirlər.

Mənbə: bbc news türk
Nərgiz Orucova