Kredit götürərkən hansı məqamlara diqqət edilməlidir?

Bölmə: Sosial › ,
Tarix: 11:17 17.09.2024

Kredit götürmək vətəndaşlar arasında geniş yayılması ilə bərabər diqqətli olmalı məqamlardan biridir. Bir çox vətəndaşlar məlumatsız olduğu üçün kredit götürərkən çətinlik çəkirlər və bəzən də aldadılırlar. Bankdan kredit götürərkən hansı məqamlara diqqət edilməlidir?

 

Bu barədə "İnformator.az"a danışan bank eksperti Əkrəm Həsənov bildirir ki, banklardan kredit götürərkən, əsasən, müqaviləni oxumaq yaxşı olardı. Əksəriyyət isə müqaviləni oxumur:

 

"Bu, yalnız Azərbaycanda deyil, Dünyada da belədir. İnsanlar adətən, müqavilələri oxumurlar. Xüsusən də, istehlak müqavilələrini, kredit müqavilələri də daxil olmaqla oxumurlar. Müqaviləyə nəzər yetiriləndə hansı məbləğdə kredit götürülür, faiz, müddət, gəlirmələr əsas məsələlərdir. Məbləğ dedikdə, həm də valyutadır. İnsan əmin olmalıdır ki, istədiyi şərtlərdir. Qalan məsələlərdə bank müqavilədə nə isə həddən artıq öz xeyrinə yazırsa, onu məhkəmədə mübahisələndirmək olur. Vətəndaş qanunlar bilmir və banklarda qanunlardan sui-istifadə edir. Qeyd etdiyim məsələləri insan gələcəkdə məhkəmədə deyə bilmir".

 

Nigar Səmədli



Bölmədən digər xəbərlər
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının İdarə Heyəti seçilib
Bu gün Milli QHT Forumunun konfrans zalında İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib. Hibrid formatda keçirilən Ümumi Yığıncağa regionlarda fəaliyyət göstərən və səhəti ilə ilə əlaqədar bir sıra üzvlər onlyan qatılıblar.