Qəhvə içdikdən sonra dişlərinizi fırçalamayın. Ağız baxımında bu qaydaya diqqət yetirin

Bölmə: Maraqlı › ,
Tarix: 11:18 17.09.2024

Ağız sağlamlığında ən mühüm addım diş baxımını laqeyd etməməkdir. Gündə ən az 2 dəfə dişlərinizi fırçalamaq lazımdır və bunu rutinə çevirməli olduğunuzu heç vaxt unutmamalısınız. Ancaq bəzi hallarda dişlərinizi fırçalamamalısınız, əgər diqqətli olmasanız, arzuolunmaz problemlərlə qarşılaşa bilərsiniz.

 

Sağlam dişlərə sahib olmaq ümumi immunitetinizin güclü olması deməkdir. Ağızdan bədənə yayılan mikroblar daxili orqanlarımıza da mənfi təsir göstərə bilər.

 

Bu səbəbdən dişləri sağlam saxlamaq üçün ağız baxımına laqeyd yanaşmaq olmaz.

 

Ancaq bəzi hallarda əksinə dişlərinizi fırçalamamalısınız. 

Bu səbəbdən dişləri sağlam saxlamaq üçün ağız baxımına laqeyd yanaşmaq olmaz. Ancaq bəzi hallarda əksinə dişlərinizi fırçalamamalısınız. 

 

Bəs hansı hallarda dişlərinizi fırçalamamalısınız ?

 

Mütəxəssislərin fikrincə, qazlı su, qəhvə və enerji içkiləri kimi məhsullar qəbul edildikdən sonra dişlər fırçalanmamalıdır.

 

Bu içkilərdən dərhal sonra dişlərinizi fırçalamaq diş minasına zərər verə, saralmağa və çürüməyə səbəb ola bilər. Mütəxəssislər qazlı və kofeinli məhsullardan ən az yarım saat sonra dişlərin fırçalanması və mümkünsə bu içkilərin tez-tez istifadə edilməməsi barədə xəbərdarlıq edir.

 

Mənbə: Pembenar 

Nigar Səmədli