Ekoloji problemlər artır: Ciddi islahatlar, yoxsa texnoloji tətbiqlər?-RƏY
Bölmə: Sosial › ,Tarix: 22:47 23.09.2024
"Sovet dövründən, Rusiya işğalından qalma neft tullantıları istər radiasiya, istər digər baxımdan ekologiyaya, ətraf mühitə çox böyük ziyan verirdi. Müstəqilliyin bərpasından sonra tədricən bu kimi problemlərə daha çox diqqət göstərilməyə başlanıldı. Xüsusən neft kontraktları bağlandıqdan sonra, xarici neft şirkətlərinə ekologiya ilə bağlı şərtlər qoyuldu və Azərbaycanda tullantıların emalı Zavodu inşa olundu. Bunun nəticəsində də tullantılar müəyyən formada, istifadəyə yararlı vəziyyətə gətirildi".
Bu sözləri "informator.az"a müsahibəsində ekoloq Qorxmaz İbrahimli söyləyib.
Ekoloq tullantıların Xəzər dənizi və Abşeron yarımadasında yaratdığı ekoloji problemlərdən də bəhs edib:
"Bakı və Abşeron yarımadasında xüsusiylə tullantıların Balaxanı zibil fabrikasında aparılıb emal olunması çox yaxşı haldır. Ancaq yaxşı olardı ki, tullantılardan başqa formalarda da istifadə olunsun. Məsələn; İngiltərədə və ya başqa inkişaf etmiş ölkələrdə tullantılar bir formada deyil, müxtəlif formalarda istifadə olunur. Tullantılar əsasən 2 qrupa bölünür: İnsanların əli ilə müxtəlif tullantılar (plastik, digər metal əşyalar, neylon torbalar və s.) dənizə buraxılır ki, bu heyvanlara çox ciddi zərər verir. Digəri isə kimyəvi tullantılardır. Uzun illər Xəzər dənizi ətrafında olan fabriklərin, zavodların buraxdığı tullantılardır. İndi də müəyyən qismi davam edir və bunun qarşısı alınmalıdır. Bunun üçün də dövlət müəyyən dərəcədə tədbirlər alır".
Qorxmaz İbrahimlinin sözlərinə görə, Azərbaycanda tullantıların təkrar emalı üçün kifayət qədər texnologiya və infrastruktur yoxdur və bunun üçün lazımi tədbirlər həyata keçirilməlidir:
"Mütəxəssislərin, elm adamlarının iştirakı ilə olmalıdır ki, Xəzər dənizi və Abşeron yarımadasında ekoloji normal vəziyyət yaradılsın. Dünyanın digər ölkələri ilə müqayisə etdikdə bizdə çirklənmə məsələn; Hindistan, Çin səviyyəsində deyil. Bu bir təsəllidir. Və yaxud da Xəzər dənizinin çirklənməsi dünya okeanı çirklənməsi səviyyəsində deyil. Dünya okeanında milyonlarla ton tullantı axıdılır. Bu müqayisədə Xəzərə o qədərdə çox təhlükəli tullantılar atılmır. Xəzərdə bir göl, qapalı bir dəniz olduğuna görə bu tullantılar müəyyən qədər problemlər yaradır. Bu isə yalnız ciddi islahatlar aparmaqla, müəyyən texnologiya və infrastruktur tətbiq edilməklə mümkündür. Bunlar isə hər biri bir-birinə bağlıdır. Gərək bu məsələ üçün iqtisadçılar, ekoloqlarla birgə layihələr hazırlasın. Təkcə tullantıları çeşidləndirməklə deyil, Balaxanı fabrikasında və ya hər hansı bir formada (gübrə kimi,enerji kimi) istifadə formaları tətbiq olunsun. Yəni ciddi texnologiyalar tətbiq edərək müəyyən nəticə əldə etmək vacibdir".
Fatimə Abdulrəhimli
“Gənclərə Qayğı” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə QHT-lər üçün elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsinin “COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihəsi çərçivəsində 1 saylı Bakı Tibbi Kollecinin bir qrup tələbələrinin Şirvan Milli Parkına infoturu təşkil edildi.
İsraildə hərbi sənədlərin sızması ilə bağlı qalmaqal var: məhkəmə Netanyahunun köməkçisini ittiham etdi
“COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihə çərçivəsində Şirvan Milli Parkına infotur təşkil olundu