Azərbaycanda ikinci dəfə beynəlxalq şəhərsalma formu keçiriləcək

Bölmə: İqtisadiyyat › ,
Tarix: 23:09 24.09.2024

Azərbaycan Hökuməti və BMT arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) ev sahibliyi etməsinə dair saziş imzalanıb.

 

Dünya Şəhərsalma formu WUF13 ölkəmiz üçün hansı əhəmiyyətə malikdir?

 

Mövzu ilə bağlı "informator.az”a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, şəhərsalma formunun mahiyyəti müasir şəhərsalma üslublarına dəstək xarakteri daşıyır:

 

“Amma məsələ bundadır ki, Bakıda keçrilən öncəki şəhərsalma formunun təsirini ölkənin şəhərsalma strukturunda görmürük. Bu forumlar müasir şəhərsalma üslublarının icrası üçün şəhərsalma idarələrinə təkliflər irəli sürərək kömək edirlər. Vizual olaraq desək Bakı şəhəri tikintisini yekunlaşdırıb.Amma şəhərdə dünyanın müasir stilinə uyğun tikililər demək olar ki, az saydadır. Doğrudur, şəhərətrafı komplekslərdə bu üslubu görmək mümkündür . Hövsanda şəhərcik, Sea Breeze Resort və başqa tikililər. Amma bu tikililər təəssüf ki, çox az saydadır”.

 

Zəhra Məmmədova