Azərbaycan nefti ucuzlaşıb: Başlıca SƏBƏBLƏR...-AÇIQLAMA
Bölmə: İqtisadiyyat › ,Tarix: 16:07 25.09.2024
Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,51 dollar və ya 0,65 faiz azalaraq 77,35 dollar olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 71,61 ABŞ dolları təşkil edib.
Neftin ucuzlaşmasında əsas səbəblər nədir?
Bu barədə "İnformator.az"a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev neft bazarları hazırda bir neçə səbəblərə görə çətin bir mərhələdən keçir:
"Bunlardan ən başlıca səbəblər Çin iqtisafiyyatı və ölkənin neftə olan tələbi ilə bağlı narahatlıqlar, Qərblə Çin arasında ticarət müharibələri, ABŞ və Hindistanda neftə tələbatın yavaş artması, Ukrayna-Rusiya müharibəsi, husilərin Qırmızı dənizdə ticarət gəmilətrnə silahlı həmləsi və tədarük zəncirinin bir neçə dəfə uzanmasıdır. OPEC+ ölkələrindən, ABŞ, Norveç, Braziliya kimi qeyri-OPEC+ ölkələrindən neft tədarükünün əhəmiyyətli dərəcədə azalması, eləcə də neftin qlobal kommersiya ehtiyatının azalması belə, neft qiymətlərinin dinamikasına təsir edə bilmədi. Son həftələrdə neftin qiymətinin aşağı düşməsi birbaşa bazar əsasları ilə bağlıdır".
Ekspertin sözlərinə görə, son həftələrdə neft qiymətləri bazar əsaslarına söykənən üç səbəbə görə azaldı:
"1. Cari ilin birinci yarısında neft tələbi və neft qiymətləri ilə bağlı gözləntilərin şişirdilməsi;
2. ABŞ administrasiyası və Avropa liderlərinin Rusiya, İran və Venesuelaya qarşı sanksiyalara məhəl qoymaması ;
3. Mərkəzi bankların faiz dərəcələrini yüksəltməsi;
Qarşıdakı aylarda neft qiymətləri OPEC+ alyansının hasilat və ixrac siysdətindən və eləcə də Çinin davranışlarından asılı olacaq.
Təbii ki, aşağı neft qiymətləri neft ixrac edən ölkə olaraq Azərbaycanın da neft gəlirlərinin azalmasına səbəb olur. Bu isə sonda büdcə tarazılığının qorunmasına əngəlliklər törədir".
Sevinc Zeynalova