Çin dili və mədəniyyətinə həvəs artır: "Gənclər bu dili öyrənirlərsə..."-RƏY
Bölmə: Sosial › ,Tarix: 11:33 27.09.2024
Azərbaycanda Çin dili və mədəniyyətinə həvəs artır. Ötən müddət ərzində 8 minə yaxın insan Çin dili kurslarına yazılıb.
Gənclərin Çin dilinə olan marağının səbəbləri nələrdir?
Mövzu ilə bağlı Sosioloq Lalə Mehral "informator.az"a açıqlamasında bildirir ki, Çin dili dünyanın ən hegemon dillərindən biridir və hər gün daha da bu dilə tələbat artır:
"Çünki Çin iqtisadiyyatı dünyanı öz əsarəti altına alacaq qədər böyük və əhəmiyyətli gücə sahib olub. Son illər ona görə də Çin şirkətlərində işləmək istəyən, ümumiyyətlə, Çində təhsil almaq istəyən, yəni fərqli məqsədlər üçün bu dili öyrənmək istəyənlərin sayı günü gündən artır. Əslində bütün dilləri öyrənmək çox yaxşıdır. Dünyada həsəd aparılacaq, qipdə ediləcək bir şey varsa, o da çox dil öyrənən insanlar olmalıdır. Çünki çox dil bilmək insanı çox insan olmaq qədər potensiyallı edə bilir. Yəni bir dil bir insandır. Neçə dil bilirsənsə, o qədər insan ola bilirsən. Məsələn Çinə gedəndə Çin dilində, İngiltərəyə gedende ingilis dilində, Fransaya gedende fars dilində, Almaniyaya gedəndə Alman dilində danışa bilirsənsə, sən hər ölkənin insanı ola bilirsən deməkdir. Yəni bu da o deməkdir ki, nə qədər çox dil o qədər çox ünsiyyət. Dil bilmək üstünlükdür, savaddır. O insanın bütün çətin vəziyyətlərdən rahatca çıxmaq imkanını artırır. Dünyanın harasında olursuzsa olun, əgər bir neçə dil bilirsinizsə, bu sizin üstünlüyünüzdür. Ona görə də gənclərin Çin dili öyrənmək istəyi yalnız təqdirəlayiq ola bilər. Bunu da nəzərinizə çatdırmaq istəyirəm ki, Çin dili öyrənmək çox çətin və əziyyətlidir. Amma gənclər buna baxmayaraq bu dili öyrənirlərsə, onlara yalnız alqış düşür".
Sevinc Zeynalova