Ağız bakteriyaları ilə baş və boyun xərçəngləri arasında əlaqə aşkarlanıb

Bölmə: Sosial › ,
Tarix: 18:23 01.10.2024

Yeni bir araşdırmaya görə, ağız bakteriyaları ilə baş və boyun xərçəngləri arasında əlaqə aşkarlanıb. Ağız, burun və boğazda inkişaf edən baş və boyun skuamöz hüceyrəli karsinoması (HNSCC) Avropada hər il 150 mindən çox insana diaqnoz qoyulan ən çox yayılmış xəstəlik növlərindən biridir.

Bu xəstəlik Azərbaycanda da yayıla bilərmi?

Bu barədə Şahvələd Məmmədov "informator.az"a açıqlamasında bildirir ki, bu cür xəstəliklərə Azərbaycanda da son vaxtlar tez-tez rast gəlinir:

"Bu xəstəlik ağız boşluğunun gigiyenası ilə bağlı problemdir. Deməli "helikobakter pilori" deyə bir mədə xəstəliyi var. İnsan öz ağız boşluğu gigiyenasına diqqət etməyəndə həmin bu xəstəlik aktivləşir və onlar da müəyyən onkoloji xəstəliklərin yaranmasına şərait yaradır. Ağız boşluğu baş -boyuna yaxın olduğuna görə limfogen, hemotogen yolla bu nahiyəllərə siraət etməsi nəticəsində onkoloji xəstəliklərin əmələ gəlmə ehtimalı ola bilər. Ona görə  ağız boşluğunda olan xəstəliyin vaxtında tapılıb müalicə olunması tövsiyə olunur".

Sevinc Zeynalova 



Bölmədən digər xəbərlər
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir
İyulun 18-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində yerli QHT-lərin BMT-nin İqtisadi və Sosial şurasında (ECOSOC) təmsil olunmaları ilə bağlı ilk təlim keçirilib.