"Gəncədəki terror sübut etdi ki..."-RƏY

Bölmə: Sosial › ,
Tarix: 21:00 04.10.2024

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından dörd il ötür.

Gəncənin ölkəmiz üçün tarixi əhəmiyyətindən "informator.az"a danışan STM-in sektor müdiri, tarixçi Əfqan Vəliyev bildirir ki, Gəncə Azərbaycanın qədim şəhərlərindəndir:

"Məhz Qafqaz İslam Ordusunun Azərbaycanı xilas etməsi də Gəncədən başlayıb. Şanlı Qafqaz İslam Ordusu məhz Gəncənin Seyfəli qərargahında mövqelənərək Bakıya doğru hərəkət edib, 15 sentyabr 1918 ci ildə Bakını və ölkəni düşmən işğalından azad edib. 44 günlük vətən müharibəsində Gəncə digər qəhrəman şəhərlərimiz kimi fəlakətlər yaşadı. Müharibədə Azərbaycanın nailiyyətlərini həzm edəməyən Ermənistan çix çirkin əməllərə əl atdı. Gəncəyə, Bərdəyə raketlər atdılar, dinc əhalinin tələfinə səbəb oldular. Bu da bir insanlıq cinayətidir. Müharibə qanunlarında belə bir əməl yoxdur".

Tarixçi ekspert vurğulayıb ki, ermənilər özlərinin çirkin əməllərini Gəncəyə raket atmaqla bir daha göstərdilər:
"Bizim apardığımız müharibə haqq müharibəsi idi. Biz mülki əhaliyə zərər vermədən, öz torpaqlarımızın azad olunması üçün apardıq. Gəncədəki terror isə sübut etdi ki, Azərbaycanın müharibəsi haqq savaşıdır.
Azərbaycan BMT-nin yerinə yetirmədiyi sanksiyaları həyata keçirdi. Amma dünyada Ermənistanın bu vəhşiliklərinə səssiz qalmamalıdır. Bununla bağlıda tədbirlər görülməlidir.
Gəncədəki hadisədən sonra bir çox diplomatik missiyalar ərazini ziyarət etdilər və ermənilərin törətdiyi terror hadisələrin şahidi oldular.
Bizsə bu hadisələri qınayırıq, Gəncə şəhidlərinə Allahdan rəhmət diləyirik"!

Fidan Fərhadlı