Müəllimlər günündə hədiyyə və ya pul verilməlidir?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 23:17 04.10.2024

Bildiyimiz kimi 5 oktyabr “Beynəlxalq Müəllimlər Günüdür. Bu münasibətilə valideyn və şagirdlər “Müəllimlərin əməyini qiymətləndirmək” adı altında müəllimlərə hədiyyələr və yaxud pul verilir. Hər il bu məsələ tənqid olunsa da, təəssüflər olsun ki, bunu təbliğ edənlər də elə valideynlərdir.

Bəs, müəllimlərə hədiyyə verilməlidir?

Mövzu ilə bağlı Təhsil Eksperti Elçin Əfəndi "informator.az"a açıqlamasında bildirib ki, müəllimlər günündə hər il biz bunu müşahidə edirik:

"Bəzi valideyn komitələri adı altında fəaliyyət göstərən hansısa bir qurumlar və yaxud da yaradılan təşkillatlar pul yığımı halına yol verirlər. Valideynlərdən pul yığırlar və o pullar müəllimlərə çatır ya çatmır, o da sual altındadır. Ümumilikdə isə belə bir pul yığımından və yaxud da bələ bir vəziyyətin olması ürək açan hal deyil. Həmçinin cəmiyyət bunu birmənalı qarşılamır. Müəllimlər günündə şagird müəllimi dəyərləndirmək üçün müəllimlərə özünün hazırladığı əl işini və yaxud da açıqcanı hədiyyə verə bilər. Bu artıq müəyyən bir qiymət təyin olunmaqla yığımdırsa, bu zaman  qanunvericilik tələbinin pozulması deməkdir və pul yığımını kim heyata keçirdirsə, həmin şəxs haqqında ölçü götürülməlidir".

Elnurə Kərimova