Meditasiya və Yoga: Sağlamlıq və Psixoloji Fayda Yolu!-RƏY
Bölmə: Sosial › ,Tarix: 23:30 04.10.2024
"Meditasiya, yoga müəyyən dərəcədə fayda verə bilər, ancaq o halda ki, onların ideoloji məqamlarına insanlar varmasınlar.
Məsələn, bir ümitə gedib krişnaizmi və s. qəbul etməsinlər. Çünki orada hansısa bir səhv ideyalar ola bilər. Yəni əsasən insanlar bunu dinə çevirməməlidir".
Bu sözləri "informator.az"a açıqlamasında Psixoloq Elmir Əkbər söyləyib.
Psixoloq insanların özlərini yaxşı hiss etməsi üçün tətbiq etdiyi strategiyalardan da bəhs edib:
"Meditasiyanı sırf psixoloji hüzur üçün, yoqanı da idman məqsədi ilə etmək lazımdır. Belə ki, insanların hər birinin hüzur tapa biləcəyi bir hobbisi var və yaxud da olmalıdır. Kimi teatr, kimi isə operaya gedə bilər və ya dinlə bunu edə bilər, ancaq elə şeylər var ki, onlar hamıda mütləq olmalıdır. Məsələn, bədii ədəbiyyat klassikləri mütaliyyə eləmək, idmanlı məşğul olmaq, ən azı ildə iki dəfə səyahət eləmək, tez-tez açıq havada gəzmək. Yəni qərb insanlarının tətbiq etdiyi sağlam həyat tərzi".
Elmir Əkbərin sözlərinə görə, Qərb insanlarının həyat tərzi ən gözəl nümunədir:
"Çünki bugünkü gün uğurlu cəmiyyət, populyasiya kimdir? Qərb insanları. Ona görə də onların həyat tərzi ən gözəl nümunədir, sağlam həyat tərzi, sağlam qidalanmaq, sağlam yatıb durmaq və həyatda hər şeyin pozitivinə doğru getmək. Həftədə də bir dəfə psixoterapiya siyaslarına onlar daim müraciət eləyirlər, praflaktik məqsədlə".
Fatimə Abdulrəhimli