Sürücü-sərnişin münaqişələri ARTIR: "Burada əsas səbəbkar..."-Ekspert AÇIQLADI
Bölmə: Sosial › ,Tarix: 08:37 11.10.2024
Sərnişinlərin sürücünün sürətinə, dayanacaqda saxlamamasına və sıxlığa etirazları çoxalıb. Son zamanlarda ictimai nəqliyyatda sürücülərlə sərnişinlər arasında münaqişələr artıb.
Bu münaqişələrin həll yolu nədir? Problem sürücülərdədi yoxsa sərnişinlərdə?
Məsələ ilə bağlı "informator.az"a açıqlama verən nəqliyyat eksperti İlqar Hüseynov bildirib ki, sürücü və sərnişin formalaşması biləvasitə sürücüdən və sərnişindən asılı olmayan vasitədir:
"Çünki ictimai nəqliyyatda demək olar ki, çox ciddi sıxlıq yaranıb. Sərnişin daşımanı təşkil edən şirkətlər öz parklarını yeniləmirlər, yeni avtobusların alınmasına pul xərcləmirlər, interval həddən artıq böyükdür. Bəzən bu tıxacların yaranma səbəbinə görə, həm də digər faktorlara görə avtobuslarda ləngimə baş verir, nəticədə interval çox uzanır və nəqliyyatda sərnişinlərin sayının çoxalmasında sıxlığa gətirib çıxarır. Hamı vaxtında mənzil başına, işinə çatmaq istəyir. Psixoloji və fiziki cəhətdən yaranan bu narahatçılıqlar sərnişinlərin üz tuta biləcəyi, sözünü deyə biləcəyi yeganə şəxs sürücüdür. Əslinə baxanda sürücünün edə biləcəyi bir şey deyil. Ona görə onun psixolojidən irəli gələrək sərnişin sürücüyə deyir. Sürücülər də insandır, əsəbləri, sinirləri gərginliyə dözmür. Beləliklə, bu iki şəxs arasında, sürücü və sərnişin arasında bu cür münaqişələrə və problemlərə gətirib çıxarır".
Ekspertin sözlərinə görə, burada əsas səbəbkar tənzimləyəcəyi qrup həm AYNA, həm də lisenziya verdiyi, imkan yaratdığı sərnişin daşıma ilə məşğul olan şirkətlərdir:
"İstehlakçılar qarşısında götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməsi üçün şərtləri sərtləşdirmək lazımdır. Avtobusların sayı çoxalmalıdır, interval azalmalıdır. Bu kimi problemlər aradan qalxmasa, münaqişə məsələləri davamlı olaraq qalacaq".
Nərgiz Orucova