İnnovasiya və Sahibkarlıq: Kiçik bizneslər üçün kapitala hansı çıxış çətinlikləri var?
Bölmə: İqtisadiyyat › ,Tarix: 14:14 16.10.2024
"Biznes və orta müəssisələr maliyyəyə çıxışı olmalıdır. Ekosistem olmalıdır. Çünki ölkədə plun dəyəri yüksəkdir. Pulu kreditə cəlb etmək çətindir".
Bu sözləri "informator.az"a açıqlamasında iqtisadçı eksperti Xalid Kərimli söyləyib.
Ekspert kiçik sahibkarların maliyyə resurslarına çıxışının təmin olunmasından da bəhs edib:
"Kiçik və orta sahibkarlıq startap şəklində formalaşanda da bank sektorunda kreditə cəlb etmək mümkün deyil. Ölkədə kapital bazarı yoxdur ki, onları müxtəlif formalarda maliyyəyə cəlb edə bilsinlər. Bu baxımdan onlar ciddi maliyyə çətinliyi və problemlərlə üzləşirlər. Kiçik və orta sahibkarlıq kapitala çıxışını sahibkar özü qoyur. Onların əldə etdikləri mənfəəti kapitallaşdırır. Yəni sahibkarların əsas resursları hesabınadır. Digər tərəfdən banklardan da kreditə cəlb edə bilir. Əgər onların daşınmaz əmlakı varsa, girov qoya bilirsə, banklardan kredit götürə bilərlər. Kapital bazarı da inkişaf etmədiyi üçün alternativ imkanlar məhduddur".
Xalid Kərimlinin sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişafı üçün daha çox stimul olsaydı, KOS inkişaf edərdi:
"Əslində cəmiyyət faktiki nəticədən razı deyilsə, deməli o qədərdə yaxşı stimullar yoxdur, ya da əngəllər daha çoxdur. Stimullar üçün ümumi və xüsusi hallar yoxdur. Ölkədə daha çox sənaye və texnoloji parklarda rezidentlər nədir? Daha çox texnoloji sahədə, innovasiya sahəsində, biznes sahibləri üçündür. Ölkədə hamını əhatə edəcək ümumi önəmli stimullar yoxdur. Hesabatlılıqla əlaqədar güzəştlər var amma vergi dərəcələri hamı üçün eynidir. Kiçik və orta sahibkarlıq iqtisadi cəhətdən inkişaf etməlidir. Ədalətli və obyektiv məhkəmə sistemi olmalıdır. Rəqabət şəraiti təmin edilməlidir. Ədalətli rəqabət mühit olmalıdır. Kiçik və orta sahibkarlıq ədalətli mühitdə inkişaf etməlidir".
Fatimə Abdulrəhimli