Buğdanın qiyməti BAHALAŞACAQ?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:34 18.10.2024

Gələn il qlobal bazarda buğda qiymətlərində mülayim artım və orta qiymətin bir buşel üçün 608 ABŞ senti səviyyəsində olacağı proqnozlaşdırılır. Qlobal buğda bazarının perspektivi Azərbaycana nə vəd edir ?

 

Bu barədə "İnformator.az"a müsahibəsində iqtisadi ekspert Akif Nəsirli deyir ki, bu proqnoz mücərrəd bir proqnozdur, gələn il buğda bazarında qiymətlər mülayim şəkildə bahalaşacaq:

 

"Bu proqnozun özünü doğruldacağına o qədər də inanmırıq. Bir məsələ var ki, dünyada aparıcı buğda istehsalçıları buğda əkini sahələrinin həcmini genişləndirirlər. Bu il Rusiya nəzərdə tutub ki, 20% təxmini buğda sahələrinin həcmini genişləndirsin. Dünyada 60 milyon ton buğda tədarük edən bir ölkədir. Digər ölkələr də həmçinin bura daxildir. Hər halda hesab olunur ki, ilin sonuna qədər buğda bazarında çox ciddi dəyişiklik baş verməyəcək. Qışa doğru buğdanın qiyməti bir az bahalaşacaq. Məsələ burasındadır ki, Azərbaycan buğdaya olan tələbatını yəni, buğdasını yay, payız aylarında idxal edir. Buğdanın 60%-dən çoxu artıq tədarük olunub, ölkədədir. Qalan 40%-i ilin sonuna kimi 5,10%-i idxal olunacaq. Yanvardan sonra idxal minimuma enəcək. 3 ildir ki, buğda idxal edən, Azərbaycan sahibkarları bu sistemdən istifadə edirlər. Bu dövrdə idxalı minimuma endirirlər. Bu, səmərəli bir sistemdir. Azərbaycanda bu sistem bu il də tətbiq olunub. Gələn il Azərbaycanda buğda, çörək problemi olmayacaq. Dünyada da bu hal gözlənilmir".

 

Nigar Səmədli