Yaşıl maliyyə nədir?-Mütəxəssis AÇIQLAYIR
Bölmə: İqtisadiyyat › ,Tarix: 22:37 21.10.2024
Yaşıl maliyyənin inkişaf etdirilməsi üçün üç istiqamət üzrə - yaşıl maliyyənin cəlb edilməsi, formalaşdırılması, iqtisadiyyata dövr edirlər. Bəs, yaşıl maliyyə nədir və necə inkişaf etdiriləcək ?
Bu barədə "İnformator.az"a müsahibəsində bank eksperti Əkrəm Həsənov bildirir ki, yaşıl maliyyə ekoloji layihələrin maliyyələşdirilməsidir:
"İqlimin dəyişməsiylə bağlı, ekoloji daha təmiz olan, layihələrin maliyyələşdirilməsidir. Bu dəqiqə dünyada geniş vüsət almaqdadır. Burada daha güzəştli şərlərlə kreditlər verilir ki, məsələn, yanacaqla işləyən avtomobillərdə yox, elektriklə işləyən avtomobillərdə daha çox kredit verək, onlara daha aşağı faizlə verək. COP29-a görə bir neçə layihə Azərbaycan da, keçiriləcək. Yaşıl maliyyə o, ölkələr üçün aktualdır ki, orada sivil hüquq sistemi var, bazar iqtisadiyyatı var, o həddə çatıblar ki, inkişafda artıq, oturub fikirləşirlər ki, maliyyələşməni daha ekoloji layihələlərə yönəldək".
Nigar Səmədli