Təhsilverənlərə vahid geyim forması tətbiqi gözlənilirmi?

Bölmə: Sosial › ,
Tarix: 22:38 04.11.2024

Məlum olduğu kimi son dövrlər orta məktəblərdə şagirdlərdə olduğu kimi müəllimlər üçün də vahid geyim formasının olması müzakirə olunan mövzulardan biridir.

 Bəs müəllimlər üçün vahid geyim forması məcburidirmi?

 

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi "informator.az"a açıqlamasında bildirib ki, təhsilverənlər hər biri müvafiq olaraq etik qaydalar çərçivəsində öz geyim formasını özü müəyyənləşdirə bilər:  

 

 

"Təhsil müəssisələrində vahid geyim forması tələbi yaxud, tətbiqi müzakirə olunan mövzudur. Yalnız özəl, o cümlədən dövlət müəsisələrinin bir neçəsində belə bir tətbiq var. Amma bu ölkə üzrə bütün ali təhsil müəsisələrinə aid deyil və belə bir tələb də qoyulmayıb. Təhsilverənlər öz geyimlərini özləri seçə bilər, biz bunu istər kişi,istərsə də qadın müəllimlərində görürük. Yəni hər kəsə məhz pedoqoq olduğu nöqteyi-nəzərdən, o cümlədən təhsilverən olduğu üçün və digər amilləri nəzərə alaraq onların geyimlərini özləri seçə bilərlər. Və geyimlə bağlı biz tərəfdən də bir problem görülmür. Ola bilər ki, istisna halda hansısa təhsilverən qaydalardan kənar geyim formasına üstünlük verərsə, düşünürəm ki, təhsil müəssisə rəhbəri tərəfindən həmin şəxsə xəbərdarlıqedici, profilaktik söhbət aparılar".

 

 

Ekspertin sözlərinə görə, vahid geyim formasının tələb kimi qoyulması aidiyyatı qurumların yaxud, Nazirlər kabinetinin müvafiq qərarı əsasında baş verə bilər:

 

"Hazırda isə ümumitəhsil müəsisələri üçün belə bir qərar olmadığı üçün təbiki biz bunu kiməsə tələb edə bilmərik. Amma ilk qeyd etdiyim kimi, vahid geyim forması olarsa çox gözəl olar, necə ki, həkimləri ağ xalatlı görürük, hüquq mühafizə orqanları, ədliyə işçiləri, Fövqaladə Hallar Nazirliyi əməkdaşlarının vahid geyim forması olduğu kimi təhsil müəsisələrində müəllimlərin də belə bir geyim formasında olması düşünürəm ki müsbət qarşılanar".

 

Mehriban Nəsibova