"Dəyərsizlik hissi bəzən intihara səbəb ola bilir..."-Psixoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 21:35 05.11.2024

İlk olaraq başlayaq uşağın ikinci şəxsiyyət dövründən- yəni məktəbə gedən dövrdən. 

 

Artıq xala uşağı ilə, əmi uşağı ilə, sinifdəki uşaqlarla müqayisələr olunan zaman o daha güclüdür, o daha potensiallıdır. "Sənin buna gücün çatmaz", "sən heç bir hərfi yaza bilmirsən" ,"bir şeiri deyə bilmirsən" və s. kimi faktorlar özünü dəyərsiz hiss etməyə gətirib çıxara bilir. İkinci şəxsiyyət dövründən biz özünü dəyərsiz hiss etməyə məcbur etdiyimiz gələcək kamillik səviyyəsinə çatacaq insanları görürük. Bəzən görürük ki, insanın özünü dəyərsiz hiss etməsinə səbəb məhz oturduğu kürsü olur. Yəni hər hansısa bir vəzifədədir və vəzifəsinə görə bu insana hörmət edirlər. Həmin insana sırf " müdirimdir" deyə hörmət edirlər, insandır deyə yox. Bu bütün xalqlarda belədir, təkcə bizdə deyil. Ağılı səndən üstün olmayan, amma kürsüdə səndən üstün olan insana təbiidir ki, kürsüsünə görə dəyər verilir, amma kürsüdən düşəndən sonra öz dəyərsizliyini anlayır və zaman-zaman özünə qapılmağa başlayır. Psixi immunitet aşağı düşür. Hər kəsdən təcrid olunmağa başlayır.  

 

Zamanla özünü göstərən dəyərsizlik iqtisadiyyata, sosial çevrəyə, münasibətlərə bağlıdır. Bu səbəblər yetəri qədər faktların olmadığını görsətsə belə, buna baxmayaraq insan düşüncəsində insanın psixi halətini pozacaq bir zamanda artıq insan özünü dəyərsiz hiss etməyə başlayır. Çalışaq ki, insanları kimsə ilə müqayisə etməyək və sonunda aldığımız nəticə bizi sarsıtmasın".

 

Çinarə Tarverdiyeva