Artıq düşüncə (overthinking)
Bölmə: Sosial › ,Tarix: 21:44 25.11.2024
Həddindən artıq düşünmək və ya overthinking, şəxsin bir mövzu üzərində gərəksiz və uzun müddət düşünməsi halıdır.
Mövzu ilə bağlı psixoloq Ezgi Şahin "informator.az"a açıqlamasında bildirib ki, bu bəzən takıntı bəzən okb, panik atağa çevrilə bilər, çünki həddən artıq mənfi düşünmək beynimizdəki depomin serotenin hormonlarinda dəngəsizlik yaradır:
"Sonra da depressiya, panik atak, okb kimi psixoloji problemler yaradır. Bunun təməl səbəbi nədir ? Əgər insanın həyatında bir çox mənfi faktorlar varsa və bu insan dəstək almayıbsa( psixoloji bir dəstək) o zaman bu insan pozitiv görə bilmir və bu zaman neqativə kökləndiyi üçün həddindən artıq gərgin olur və artıq mənfiliyi düşünür. Beyində mənfi düşüncələri artıq dərəcədə düşünəndə nevroz halı baş verə bilir və ya əsasən də hamiləlik dövründə bu olduğunda uşaqda fəsadlar yarana bilir. Ona görə də bu səbəblə psixoloji dəstəyi artıq bütün həkimlər tövsiyə edirlər. Mənfi düşüncə mənfi fizioloji problemlər yaradır, psixoloji problemləri özüylə bərabər gətirir".
Sevinc Zeynalova