Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb

Tarix: 23:17 19.06.2025
İranın nüvə proqramı ilə bağlı sazişdə uran zənginləşdirilməməsi ilə bağlı müddəa əksini tapmalıdır.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu qənaətdədir.
Livitt həmçinin Trampın İrana nüvə silahına sahib olmağa icazə verilməyəcəyi ilə bağlı mövqeyini bir daha təsdiqləyib.