“Yaşanmışlıqlarda Gizli Güc”

Bölmə: Sosial › ,
Tarix: 07:08 20.06.2025

New Ideologies Platforması-nın təşkilatçılığı ilə “Yaşanmışlıqlarda Gizli Güc” adlı təlim keçirilib.

 

Təlimdə qonaq qismində psixoloq və təlimçi Nabat Mirzəyeva iştirak edib. O, yaşanmış həyat hekayələri və bu hekayələrdən yaranan travmalar haqqında danışıb. Təlimçi iştirakçılara fərdi yanaşıb və təlimin onlayn keçirilməsinə baxmayaraq, real və səmimi bir mühit yaratmağı bacarıb.

 

Bu təlimi xüsusi edən əsas məqamlardan biri onun suallar əsasında qurulması olub. Tədbir yalnız sonda sualların cavablandırılması ilə məhdudlaşmayıb. Əksinə, təlim boyu interaktiv müzakirələr aparılıb və iştirakçılar daim prosesə cəlb olunublar.

 

Nabat Mirzəyeva real həyatdan gətirdiyi nümunələrlə təlimi daha maraqlı və canlı edib. Zaman-zaman bəzi iştirakçıların adlarını çəkərək onlara şəxsən müraciət edib, fikirlərini öyrənməyə çalışıb və suallara ətraflı cavab verib.

 

Bütün bu xüsusiyyətlər “Yaşanmışlıqlarda Gizli Güc” adlı təlimi yadda qalan və dəyərli edən əsas amillərdəndir.

 

Nigar Həsənzadə



Bölmədən digər xəbərlər
Saatlıda “Dəyişən sosial və iqtisadi mühitdə qadınların müdafiəsi” mövzusunda tədbir keçirildi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi tərəfindən “Dəyişən sosial və iqtisadi mühitdə qadınların müdafiəsi” adlı layihə çərçivəsində Saatlı rayonunda maarifləndirici xarakter daşıyan tədbir keçirilmişdir.