Hamı səhv istifadə edirdi! Konsilerdə istifadə edilən 'Ters üçbucaq' taktikası

Bölmə: Maraqlı › ,
Tarix: 20:21 26.11.2024

Göz altı örtücü üz makiyajının təməl daşlarından biridir. Düzgün tətbiq olunduqda göz altındakı çürükləri və yorğun görünüşü gizlədir və daha canlı görünüş təqdim edir. Ancaq səhv tətbiq edildikdə, incə xəttləri vurğulaya və ya süni görünüş yarada bilər.

Yaxşı makiyajın sirri dərinin lazımi şəkildə nəmləndirilməsindədir. Göz ətrafını zərif şəkildə nəmləndirmək gizlədicinin xəttlərə çökməsinin qarşısını alır.
Nəmləndirici tətbiq etdikdən sonra dərinin məhsulu hopdurması üçün bir neçə dəqiqə gözləyin, dəri tonunuza və ehtiyaclarınıza uyğun olan örtücü seçmək çox vacibdir.
Tünd dairələr üçün narıncı alt tonu olan korrektordan istifadə edə və sonra dəri tonunuza uyğun gizlədici tətbiq edə bilərsiniz. Yüngül teksturalı və nəmləndirici konsilerlər gündəlik istifadə üçün idealdır.
Peşəkar nəticə əldə etmək üçün barmaqlarınızın ucu, makiyaj süngəri və ya incə uclu fırça ilə örtücü tətbiq edə bilərsiniz.

Mənbə: Pembenar
Kəmalə Vəliyeva