Vitamin çatışmazlığının səbəbləri NƏLƏRDİR?-Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 23:48 28.11.2024

Vitaminlər insan sağlamlığının qorunmasında mühüm rol oynayır, lakin bəzən insanlar orqanizmdə hansı vitaminin çatışmadığını bilmir. Vitamin çatışmazlığı əsasən uşaqlarda olur.

 

Mövzu ilə bağlı həkim-infeksionst Əsmər Hüseynova “İnformator.az”a açıqlamasında bilidirib ki, vitamin orqanizmin böyüməsi, inkişafı və normal fəaliyyət göstərməsi üçün vacib maddələrdir:

 

“Vitaminlərin bəziləri orqanizmdə sintez edir. Bəziləri isə orqanizmə xaricdən qida vasitəsi ilə daxil olur. Bəzi xəstəliklər zamanı orqanizmdə vitamin sintezi pozula bilir. Bu xəstəliklər qaraciyər, öd xəstəlikləri, xronik-ishal və.s bu xəstəliklər zamanı vitaminlərin orqanizmdə sintezi, bəzən mübadiləsi pozula bilir. Müxtəlif diyetləri, xüsusilə, veqan, vegeterian dietaları zamanı dietaya düzgün riayət etmədikdə, rasional qida seçmədikdə orqanizmdə vitamin çatışmazlığı hallarına rast gəlinir”.

 

İnfeksionist vitamin çatışmazlığının əsas əlamətlərindən də danışıb:

 

“Xroniki yorğunluq, zəiflik, immun sisteminin zəifləməsi, yuxu pozulmaları, iştahasızlıq, saç tökülməsi, dırnaqların tez-tez qırılması, bəzi dəri problemləri, dəridəki quruqluq, ağız bucağında çatların, yaraların olması və ətraflarda dəri hissiyyatının pozulması kimi əlamətlərə də rast gəlinə bilinir. Vitamin çatışmazlığı orqanizmdə görmə zəifliyi, yaddaş zəifliyi, qan azlığı, qan laxtalanmasında problemlər törədə bilər. Vitamin çatışmazlığı əsasən uşaqlarda və yaşlılarda daha çox rast gəlinir”.

 

Kəmalə Vəliyeva