Sosial ədalətsizlik və bərabərsizlik

Bölmə: Sosial › ,
Tarix: 17:08 30.11.2024

“Sosial bərabərlik çox geniş məfhumdur və hər dövrdə yeni aspektlərlə özünü ehtiva edir”.

 

Bu sözləri “İnformator.az”a açıqlamasında sosioloq Məhbubə Mehdiyeva bildirib.

 

Onun sözlərinə görə, cəmiyyət daxilində fərdlərin və ya qrupların hüquq, resurslara bərabər çıxışını sosial bərabərlik təmin edə bilir:

 

“Yəni, hər bir fərdin cinsiyyətinə, yaşına, milliyətinə, dininə, sosial statusuna və ya digər şəxsi xüsusiyyətlərinə görə ayrı-seçkilik görmədən, eyni hüquq və imkanlardan istifadə haqqı var. Nəzərə almaq lazımdır ki, hər kəs qanun qarşısında bərabərdir”.

 

Məhbubə Mehdiyeva sosial bərabərliyin əsas prinsipləri olan hüquqilik, gender, imkanlardan istifadə şəxslərin bütün tərəflərdən tam şəkildə qorunmasına xidmət etdiyini bildirib:

 

“Şəxsin fərqli baxış bucaqları məhkəmə sistemində və yaxud təhsil, səhiyyə, iş imkanları və ictimai resurslara məhdudlaşdırıla bilməz. XXl Əsrdə fərqli cəmiyyətlərdə qadınların və kişilərin, həmçinin digər cinsiyyət kimliklərinə malik şəxslərin eyni hüquqlara və imkanlara malik olması çox mübahisələrə səbəb olur. 

Nəticə etibarilə demək olar ki, bu kimi diskriminasiya halları maariflənmə və daha alternativ yollarla həll olunur.

Bunun üçün xüsusi qaynar xətlər mövcuddur. Zəng edib, qarşılaşdığınız hər hansı bərabərsizliklə bağlı danışa bilərsiniz”. 

 

Sosioloqun sözlərinə görə, bərabərsizliyin daha çox görünən forması da iqtisadi yönümlüdür:

 

“İqtisadi bərabərsizliklər bütün cəmiyyətlərdə özünü göstərir. Cəmiyyətdə gəlir fərqləri, resursların düzgün şəkildə bölünməməsi bərabərsizliyi tərəflərinin nizamını poza bilir.

Bütün bu hallar varsa, necə mübarizə aparmalıyıq ?

Maarifləndirmə Kampaniyaları genişləndirməlidir. Cəmiyyətə anlaşıqlı şəkildə informasiya ötürülməlidir. Müraciət etməkdən, professional yardım almaqdan çəkinməmək lazımdır.

 

Hazırda ölkəmizdə sosial bərabərsizliyin aradan qaldırılması və sosial xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 2023–2026-cı illər üçün Dövlət Proqramı tətbiq olunur. Yaxın gələcəkdə bu məsələlər üzrə nəticəni görəcəyik", -deyə o, fikirlərini yekunlaşdırıb.

 

Aydan Quliyeva