Qalatasarayda ayrılıq qərarı! Transfer üçün təkliflər alıb...

Bölmə: İdman › ,
Tarix: 21:06 03.12.2024

Bu mövsüm “Qalatasaray”da forma şansı tapmaqda çətinlik çəkən təcrübəli futbolçunun ayrılma ehtimalının gücləndiyi məlum olub. 31 yaşlı ulduz üçün bəzi təkliflərin olduğu bildirilib.

 

Okan Burukun rəhbərliyi altında “Qalatasaray”da forma rəqabətində komanda yoldaşlarının gerisində qalan ulduz futbolçunun ayrılma ehtimalının daha da yüksəldiyi vurğulanıb.

 

“Qalatasaray” formasını geyinən Kerem Demirbay ilə bağlı transfer məsələləri gündəmə gəlib. Sarı-qırmızılı komandada əsas heyətdəki yerini itirən 31 yaşlı yarımmüdafiəçinin qış transfer dönəmində komandadan ayrılma ehtimalı olduğu bildirilib. “Qalatasaray” Kerem Demirbayı komandada saxlamaq istəsə də, onun bəzi təkliflər aldığı və kirayə əsasında sarı-qırmızılı komandadan ayrılma ehtimalının olduğu vurğulanıb. Kerem Demirbayın daha əvvəl adı çəkilən “Verder Bremen” və “Hoffenhaym” klublarının isə hələlik rəsmi təmas qurmadığı qeyd edilib.

 

Bu mövsüm “Qalatasaray”da 18 oyunda forma geyinən Kerem Demirbay 463 dəqiqə meydanda olub və 2 məhsuldar ötürmə edib. 

 

31 yaşlı yarımmüdafiəçinin “Qalatasaray” ilə müqaviləsi 30 iyun 2026-cı ildə başa çatır. Ulduz futbolçunun hazırkı bazar dəyəri 4 milyon 400 min avro təşkil edir. Şalke akademiyasında yetişən Kerem Demirbay daha sonra “Borussiya Dortmund”, “Hamburq”, “Kayzerslautern”, “Fortuna Düsseldorf”, “Hoffenhaym” və “Bayer Leverkuzen” klublarında çıxış edib. “Qalatasaray” Kerem Demirbayı 2023-2024 mövsümünün əvvəlində 3 milyon 700 min avro transfer haqqı qarşılığında heyətinə cəlb edib.

 

Kerem Demirbay Almaniya millisində 2 oyunda iştirak edib və bu oyunlarda 1 dəfə rəqib qapısına qol vurub.

 

Mənbə: Milliyət

Fatimə Abdulrəhimli