2025 FIFA Klublar Dünya Kubokunda “səbətlər” məlum oldu
Bölmə: İdman › ,Tarix: 22:22 03.12.2024
ABŞ-ın ev sahibliyi ilə keçiriləcək 2025 FIFA Klublar Dünya Kubokunda “səbətlər” məlum oldu.
FIFA-nın açıqlamasına əsasən, 15 iyun-13 iyul 2025 tarixlərində 32 komandalıq yeni formatda ilk dəfə keçiriləcək turnirin püşkatma mərasimi ABŞ-ın Mayami şəhərində 5 dekabr cümə axşamı günü yerli vaxtla 21:00-da baş tutacaq.
Püşkatmadan əvvəl səbətlər belə müəyyən olunub:
1-ci səbət:
Manchester City (İngiltərə), Real Madrid (İspaniya), Bayern Münhen (Almaniya), Paris Saint-Germain (Fransa), Flamengo, Palmeiras, Fluminense (Braziliya), River Plate (Argentina)
2-ci səbət:
Chelsea (İngiltərə), Borussia Dortmund (Almaniya), Inter, Juventus (İtaliya), Porto, Benfica (Portuqaliya), Atletico Madrid (İspaniya), Salzburg (Avstriya)
3-cü səbət:
Al Hilal (Səudiyyə Ərəbistanı), Ulsan (Cənubi Koreya), Al Ahly (Misir), Wydad (Mərakeş), Monterrey, Leon (Meksika), Boca Juniors (Argentina), Botafogo (Braziliya)
4-cü səbət:
Urawa Red Diamonds (Yaponiya), Al Ain (Birləşmiş Ərəb Əmirlikləri), Esperance (Tunis), Mamelodi Sundowns (Cənubi Afrika), Pachuca (Meksika), Seattle Sounders, Inter Miami (ABŞ), Auckland City (Yeni Zelandiya)
Turnirdə 6 konfederasiyadan 32 klub iştirak edəcək.
Komandalar dörd komandadan ibarət 8 qrupa bölünəcək və hər biri bir oyun oynayacaq.
Qruplarını ilk 2 yerdə başa vuran komandalar növbəti mərhələdə tək oyunluq pley-off sisteminə əsasən mübarizə aparacaq.
Mənbə:beinsports
Aytac Mustafayeva