Britaniya səfirliyi ANAMA ilə əməkdaşlığı yüksək qiymətləndirib

Bölmə: Dünya › ,
Tarix: 15:47 18.07.2025

Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) ilə səmərəli əməkdaşlığın nəticələrindən məmnunluğunu ifadə edib.

 

"İnformator.az" "Report" a istinadən  xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

 

"ANAMA-nı yaranmasının 27-ci ildönümü münasibətilə təbrik edirik! Birləşmiş Krallıq Azərbaycanın minatəmizləmə sahəsində aparıcı tərəfdaşlarından biridir. Biz ANAMA ilə əməkdaşlıqdan və bu sahədə birgə nailiyyətlərdən qürur duyuruq", - paylaşımda bildirilib.