Trampın tutulduğu xəstəlik açıqlanıb

Tarix: 15:33 18.07.2025
Ağ Evin mətbuat katibi Karolin Leavitt bildirib ki, ABŞ Prezidenti Donald Trampın "aşağı ayaqlarında yüngül şişkinlik" müşahidə olunmasından sonra aparılan müayinə nəticəsində ona "xroniki venoz çatışmazlıq" diaqnozu qoyulub.
Leavitt şəffaflıq naminə Trampın həkimindən gələn qeydin ictimaiyyətlə paylaşılmasını istədiyini qeyd edərək, həmin qeyddə belə deyildiyini bildirib: "Son həftələrdə Prezident Tramp müntəzəm tibbi müayinəsi çərçivəsində aşağı ayaqlarında yüngül şişkinlik hiss edib və bu, Ağ Evin səhiyyə qrupu tərəfindən ətraflı şəkildə qiymətləndirilib. Prezident hərtərəfli müayinədən keçib və xroniki venoz çatışmazlıq müəyyən edilib. Bu, xüsusilə 70 yaşdan yuxarı şəxslərdə tez-tez rast gəlinən bir haldır".
Leavitt həmçinin qeyd edib ki, Trampa exokardioqram da edilib və nəticələrə əsasən Trampın ürək quruluşu və funksiyası normaldır. Ürək çatışmazlığı, böyrək çatışmazlığı və ya sistemik xəstəlik əlaməti aşkarlanmayıb.
Leavitt 79 yaşlı Trampın sağlamlıq vəziyyətinin əla olduğunu vurğulayıb.
Haberler.com
Aygün Babayeva