Ali təhsilin bütün pilləri üzrə təhsil nə qədər əhəmiyyətlidir?
Bölmə: Sosial › ,Tarix: 21:24 09.12.2024
Bir çox tələbələr bakalavriat üzrə təhsil səviyyəsini bitirdikdən sonra mütləq ali təhsilin digər pillələri üzrə də oxumağın lazım olduğunu düşünürlər.
Amma bu bütün ixtisaslar üçün önəmlidirmi?
Məsələ ilə bağlı "informator.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, buna pedoqoji yönümlü ixtisaslar, o cümlədən tibb yönümlü ixtisaslar, həmçinin bəzi iqtisadi ixtisaslar və texnoloji ixtisaslar daxildir:
"Bunlarda təhsilin sonrakı pillələrini davam etdirmək müəyyən məsələlərdə artıq zərurətə çevrilir. Xüsusilə də, ixtisaslarla bağlı fizika, biologiya, kimya, mexanika, həmçinin bunların müəllimlik ixtisasları, elmi-tədqiqat işlərini aparmağı mütləq vacib edir. Əlbəttə, digər ixtisaslardan nümunə olaraq birinci ixtisas qrupunda yer alan texnologiya ixtisaslarını da qeyd etmək olar. Burada da elmi-tədqiqat işlərinin aparılması vacibdir".
Ekspert fikrinə nümunə olaraq ekologiya və bunun kimi bir neçə ixtisası da göstərdi:
"Bu ixtisası yalnız bakalavr pilləsi ilə məhdudlaşdırmaq doğru deyil. Onun həm magistratura, həm də doktorantura pillələrini mütləq davam etdirmək lazımdır. Bununla yanaşı, bura neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və s. daxildir. Bu ixtisaslarda gələcəkdə elmi-tədqiqat işlərini aparıb yaxşı kimya mühəndisi və ya neft-qaz mühəndisi olmaq üçün təhsilin bütün pillələri üzrə təhsil almaq vacibdir".
Mehriban Nəsibova