Abşeronda qatarların hərəkət cədvəlində dəyişiklik edilib

Bölmə: Sosial › ,
Tarix: 17:17 10.08.2025

Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində dəyişikliklər edilib.

 

Bu barədə "İnformator.az"a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib

 

Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 11 avqustdan etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə sərnişin qatarları yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.