"Günümüzdə radio"
Bölmə: Sosial › ,Tarix: 21:16 10.12.2024
Bildiyimiz kimi radio informasiyanı ötürmək və almaq üçün ən yaxşı vasitələrdəndir. Günümüzdə radionun bu ehtiyacı nə dərəcədə ödəməsi, həmçinin televiziya, sosial media və radio üçlüyündə radionun öz yerini hansı səviyyədə tutması barəsində tanınmış jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "informator.az"a açıqlamasında danışıb.
O bildirib ki, cəmiyyətin maariflənməsində radionun rolu böyükdür:
"Düşünürəm ki, kütləvi informasiya vasitələrinin, media subyektlərinin rolu günü-gündən artır və təbii ki, biz burada heç bir kütləvi informasiya vasitəsini bir-birindən ayırmamalıyıq. Eyni zamanda radioların da bu prosesdə çox böyük rolu var. Çünki bildiyiniz kimi radio qəzetlərdən sora ilk yaranan kütləvi informasiya vasitələrdəndir".
Hacıbəy Heydərlinin sözlərinə görə, sosial şəbəkənin bu qədər geniş yayıldığı dövrdə radionun öz aktuallığını saxlaması çox önəmlidir:
"Radionun bu gün də Azərbaycanda və dünyada xeyli dinləyicisi var, eyni zamanda radiolar informasiya mənbəyi, daşıyıcısıdır. Həmçinin cəmiyyəti, xalqı maarifləndirmə istiqamətində də çox ciddi addımlar atır. Bəli, düşünürəm ki, internetin, sosial şəbəkələrin bu qədər geniş yayıldığı dövrdə radioların da öz aktuallığını qoruyub saxlaması çox önəmlidir. Və bu baxımdan da Azərbaycanda fəaliyyət göstərən radioların daha da rəngarəng, maarifləndirici verlişlərə ehtiyacı var. Eyni zamanda da, təbii ki, biz bilirik ki,əsas vaxtlarda radioda yayımlanan verlişlər cəmiyyətə dolğun informasiya vermək baxımından da çox önəmli rol oynayır. Və faktdır ki, günümüzdə sosial media digər kütləvi informasiya vasitələrini geridə qoyur. Sosial şəbəkələrin istifadəçiləri daha çoxdur. Radio isə öz mövcudluğunu qoruyub saxlaması üçün cəmiyyətə dəqiq ,düzgün məlumatlar verməlidir. Amma televiziya və radio xüsusən multimedia hər zaman güvənilir xəbər mənbəyi rolu oynayır. Həmçinin, radioda gedən xəbərlərdə cəmiyyətə doğru, dolğun, obyektiv çatdırılsa, həm cəmiyyətin radioya inamı artar həm də radio öz ətrafında geniş dinləyici kütləsini toplaya bilər".
Nigar Həsənzadə