Bitcoin-də kəskin düzəliş-Üç gündür düşür
Bölmə: İqtisadiyyat › ,Tarix: 18:07 23.12.2024
Kriptovalyuta bazarlarında satış dalğası sürətlənib. Üç gündür enən Bitcoin, 108 min dollarlıq rekord səviyyədən 96 min dollara qədər geriləyib. Son 24 saat ərzində bazardan 930 milyon dollarlıq mövqe silinib.
ABŞ-dan gələn ehtiyatlı mesajlar riskli aktivlər üzərindəki təzyiqi artırıb. Kriptovalyutalarda satış dalğası güclənib. Bazarın əsas lideri olan Bitcoin son 3 gündə 10 faizdən çox dəyər itirib. Bitcoin, 108 min dollar ilə çatdığı zirvə səviyyədən 96 min dolların altına enib. Bazarın ikinci ən böyük aktivinin dəyəri isə 20 faizədək düşərək 3 min 300 dolları test edib. Digər kriptovalyutalarda da ciddi itkilər qeydə alınıb.
ABŞ Federal Ehtiyat Sistemi sədri Cerom Pauell faiz dərəcələrinin endirilməsi ilə bağlı ehtiyatlı davranacaqları mesajını verib. Fed-in proqnozları 2025-ci ildə iki faiz endirimi ediləcəyini göstərir. Pauellin açıqlamaları, rəsmilərin Tramp administrasiyası ilə baş verə biləcək əhatəli iqtisadi dəyişiklikləri nəzərə almağa başladıqlarını göstərir.
Analitiklər bildiriblər ki, kriptovalyutaların qiymətlərindəki düşüşlər mənfəət reallaşdırılması ilə bağlı ola bilər. Donald Trampın seçki qələbəsindən sonra Bitcoin 50 faiz artım göstərib. Son 24 saat ərzində fyuçers bazarlarında 274 min 151 investor likvidasiya edilib. Bazardan ümumilikdə 930 milyon dollarlıq mövqe silinib.
Mənbə: NTV
Ləman Ağayeva