Minimal əməkhaqqlarının artırılması-İqtisadçı AÇIQLAYIR

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:38 23.12.2024

Minimal əməkhaqqlarının artırılması xəbəri gündəm oldu. Bu haqqda müəyyən fikirlər mövcuddur. 

 

Bu mövzuda iqtisadçı Elçin Rəşidov "informator.az"a açıqlamasında bildirib ki, nominal minimal əməkhaqqında 16%-ə yaxın artım var ,amma bu real minimal əməkhaqqında həmin artım demək deyil:

 

"Bu inflyasiyanın dərəcəsindən aslı olan şərtlərlədir, indi inflyasiyanın dərəcəsini rəsmi rəqəmlərə görə müəyyən edə biləcəyik. Və reallıq rəsmi rəqəmlərdən fərqli ola bilir. Rəsmi rəqəmlər 16%-dən az olarsa, deməli minimal əməkhaqqı artıb, əks halda artmayıb.

Minimal əməkhaqqının artımı daha çox Azərbaycanda vergi şəffaflığı məsələsinə də xidmət edir. Çünki bəzi işə götürənlər (həm dövlət sektor da, həm də özəl sektor da) hesab edirlər ki, işçilərini həm də "zərf"də əmək haqqı verirlər. Və minimal əməkhaqqı olanda, aşağı əməkhaqqı olan işçilərdə bunu etmək olmur".

 

Həmçinin iqtisadçı Elçin Rəşidov bu əməkhaqqlarının Bakı və regionların iqtisadiyyatina uyğunlaşdırılması haqqında da fikirlər söyləyib:

 

"Eyni zamanda qeyd etmək lazımdır ki, minimal əməkhaqqı Bakıda və regionlarda fərqli qoyulmalıdır. Regionlar və Bakı iqtisadi baxımdan bir-birindən ciddi fərqlənir, əhalinin gəlirləri fərqlidir. Və minimal əməkhaqqı regionlarda daha ciddi işsizlik yaradır, bu o deməkdir ki, sahibkar o əməkhaqqını verə bilmirsə, o işçini tutmayacaq və biznes də olmayacaqdır. Digər tərəfdən, iqtisadiyyat məşğuliyyət itirir. Tutaq ki, minimal əməkhaqqı 400 manata qaldırıldı, sahibkara 380 manatdan artıq əməkhaqqı vermək sərf etmir, onun biznesi bankrot olacaqdır.  Artıq o, işçidən imtina etməlidir, biznesini dayandırmalıdır və s. Məqsəd Bakı və bölgələr arasında inkişaf səviyyəsini bərabərləşdirmək olsa da, hesab edirəm ki, ölkədə nə qədər ki, iqtisadi göstəricidə fərq var, bir çox belə iqtisadi göstəricilər, minimal əməkhaqqı da daxil olmaqla, ikili aparılmalıdır".

 

Nigar Həsənzadə