“Azərbaycan-Rusiya Əməkdaşlığı və Avropa İttifaqının Enerji Strategiyasına Təsiri”

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:34 24.12.2024

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev:

“Azərbaycan neft hasilatı sahəsində Rusiya şirkətləri ilə əməkdaşlığa hazırdır”

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “informator.az”a açıqlamasında bildirib ki, Azərbaycanda Rusiya şirkətlərinin layihəsi Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasına heç bir təsir göstərə bilməz:

 

“Azərbaycanın Rusiyadakı səfiri diplomatik adamdır, siyasi məsələləri şərh edir və ümumi mövqe bildirir. Mən düşünürəm ki, səfir hansısa layihələri nəzərdə tutmaq üçün dəqiq bilgilərə malik deyil. Sadəcə ümumi şəkildə deyir ki, biz Rusiya ilə əməkdaşlığa hazırıq. Bunu müəyyənləşdirmək üçün gərək ki, səfirliyin özü dəqiqləşdirmələr versin. O ki, qaldı bu əməkdaşlığın Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasına təsirinə, Azərbaycanda Rusiya şirkətlərinin layihəsi Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasına heç bir təsir göstərə bilməz”.


Ləman Ağayeva