Elm və Təhsil nazirliyinin tədris sistemilə DİM-in imtahanlarının uyğun olmaması

Bölmə: Sosial › ,
Tarix: 21:24 25.12.2024

Xanlar Xanlarzadə:"Təhsil sisteminin uğurlu fəaliyyəti üçün tədris proqramları ilə qiymətləndirmə meyarlarının uyğunluğu çox vacibdir".

 

Mövzu ilə bağlı DİM-in sektor müdiri Xanlar Xanlarzadə "informator.az"a bildirib ki, Dövlət İmtahan Mərkəzinin qəbul proqramları ümumtəhsil müəssisələrində qüvvədə olan və istifadə olunan dərsliklər əsasında hazırlanır:

 

“Köhnə və yeni dərsliklər müqayisə olunaraq ortaq mövzular proqramda əks olunur, qəbul proqramları hər il tədris ilinin əvvəllərində Mərkəzin saytında, daha sonra isə "Abituriyent" jurnalında dərc olunur. Həmçinin də imtahanda istifadə olunan tapşırıqlar da birmənalı olaraq dərsliklərə və qəbul proqramına əsaslanır. Bilirsiniz ki, imtahandan sonra kitabçalar da abituriyentlərə təqdim olunur. Bu o deməkdir ki, hər kəs rahat evdə sualları yoxlamaq imkanına malikdir. İmtahandan dərhal sonra sualların izahları, hansı sinif dərsliyinin hansı səhifəsində verildiyi belə saytımızda ictimaiyyətə təqdim olunur”.

 

İmtahandan sonra görmüsünüzmü kimsə konkret olaraq bildirsin ki, bu mövzu dərslikdə və ya proqramda yoxdur?

 

"Çox təəssüf ki, bu tip məsələlər hazırlıqla məşğul olan bəzi insanlar tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılır ki, uşaqlar arasında narahatlıq yaransın və onlar fərdi hazırlığa meyil göstərsinlər".

 

Aydan Quliyeva