Baş prokurorluqdan DNT analizi verilməsi ilə bağlı zərərçəkən şəxslərin ailə üzvlərinə çağırış
Bölmə: Sosial › ,Tarix: 22:21 25.12.2024
"İnformator.az" xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov müsahibə verib:
"Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzası ilə əlaqədar başlanmış cinayət işi üzrə Baş Prokurorluğun istintaq tədbirləri, o cümlədən zərərçəkmişlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edilir. Hazırda Baş Prokurorluğun Dərnəgül metrostansiyası yaxınlığında yerləşən inzibati binasında yaralıların yaxın qohumlarından DNT nümunələri götürülür.
Bu səbəbdən, hadisə nəticəsində zərərçəkmişlərin ailə üzvlərindən DNT analizlərinin verilməsi üçün qeyd olunan ünvana və ya yaşadıqları ərazi üzrə müvafiq prokurorluqlara müraciət etmələri xahiş olunur. Bundan əlavə, suallar olduğu halda Baş Prokurorluğun 961 nömrəli çağrı mərkəzi, 161 nömrəli qaynar xətti və 012-261-16-42 nömrəsi ilə əlaqə saxlaya bilərlər.