BDU-nun jurnalistika fakültəsində "Tarixin işığında Azərbaycan" tədbiri keçirilib
Bölmə: Sosial › ,Tarix: 21:51 25.12.2024
Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin 1-ci kurs tələbələri tarix müəllimləri Xumar Səfərovanın təşkilatçılığı ilə" Tarixin işığında Azərbaycan" adlı tədbir təqdim etdilər.
"İnformator.az" xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində "Tarixin işığında Azərbaycan"adlı tariximizi bütövlüklə əhatə edən tədbir keçirilib. Tədbirdə dekan müavini, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbirin aparıcıları - Zəhra Möhübbətova və Səid Bağırzadə çıxışlarında qonaqları salamlayıb, tədbirin mahiyyəti haqqda məlumat veriblər:
"Azərbaycanın qədimdən bu günə qədər keçdiyi inkişaf yolu, xalqımızın zəhməti, müdrikliyi, dözümlülüyü ilə əldə edilib. Bu tədbir vasitəsilə tarixinizin işığında xalqımızın kimliyini bir daha xatırlatmağı qarşımıza məqsəd qoymuşuq".
Sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Və daha sonra, şəhidlərimizin müqəddəs ruhları 1 dəqiqəlik sükutla yad olunub. Müstəqillik tariximizdən bəhs edən videoçarxlar izlənilib.
Aparıcıların ilk söz verdiyi tələbə Nuray Əliyeva olub. O öz çıxışında bugünkü gənclərin ilham mənbəyi olan şəxs- Ulu Öndərimiz Heydər Əliyev haqqında çıxış edib. Çıxışına bədiilik vermək və dəyərli Öndərimizi daha mükəmməl təqdim etmək məqsədi ilə bayatıya da yer verib:
"Ay elə tək-tək doğar,
Gün elə tək-tək doğar,
Böyük Öndər, sənin kimi oğulu,
Analar tək-tək doğar".
Sonra isə aparıcı Səid, Lalə Qurbanlını səhnəyə dəvət edib. Və Lalə Qurbanlı görkəmli şair Bəxtiyar Vahabzadənin "Ana dilim" şeirini təqdim edib.
Asiman Vəliyeva isə Azadlıq Günəşinin sönməz çırağı, Məmməd Əmin Rəsulzadə haqqında çıxış edib.
O öz çıxışında bildirib:
"Bu mövzunu seçmə səbəbim bu dahi şəxsin ideologiyasıdır və məhz onun qərarı ilə təsis olunan BDU-nun tələbəsi olmağımız məni bu çıxışa sövq edir".
Və çıxışını "Gəncliyə xitabla" bitirib.
Müstəqillik rəmzimiz olan bayrağımız haqqında çıxışı ilə Ayşən Səlimova səhnəyə dəvət edilib.
O zirvələrdə dalğalan bayraq haqqda danışmağı özünə borc bildiyini bildirib.
Bu çıxışı şeirlə tamamlamaq üçün Ağayevə Çimnaz, Tofiq Fikrətin "Bayrağım" şeirini təqdim edib:
"Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq uğrunda ölən varsa, Vətəndir".
Sonrakı çıxışda isə Süleymanlı Zəhra "44 Günlük şanlı tariximizin" icmalını tədbir iştirakçılarına mükəmməl formada təqdim edib.
Onun çıxışının ardınca isə Aydan Cəbrayılova bu zəfər tarixini bizə yaşadan şəhidlər haqqda danışıb.
Şəhid jurnalistlərimizdən bəhs edən Fatimə Şahverdiyeva seçdiyimiz peşənin zənginliyini bizə bir daha xatırlatdı. Qələm və kamera ilə yazılan qəhrəmanlıq salnaməsini Çingiz Mustafayev və Salatın Əsgərovanın timsalında təqdim etdi.
Ondan daha sonra isə doğma torpağını -Maştağanı və bu qəsəbənin qəhrəman şəhidlərini təqdim edən Nigar Həsənzadə Maştağa Şəhidlər xiyabanından çəkdiyi video ilə nitqini daha da gözəl təsvir etdi. Ağacavad Mütəllimzadəni və Raul Piriyevi BDU-a təqdim edən Nigar öz kəndindən və qəhrəmanlarından qürurla bəhs edib. Çıxışını öz şeiri ilə (sərbəst şeir şəklində)bitirib.
"Şəhidim, məqamın yüksək,
Alidən də alisən inan ki, sən.
Min illər savab etsək qazanmaq üçün,
Bəlkə də heç olmaz bizə qismət,
Lakin sən vətənin sevimli oğlu,
Sən o cənnəti əldə etmisən".
Xəlilli FatimeyiZəhra da öz doğma torpağı olan Şamaxıdan bəhs etməklə bu qədim və dəyərli ,müqəddəs torpağı bizə daha çox tanıtdı bir az da sevdirdi.
Bundan sonra isə istiqlal şairimiz Əhməd Cavaddan danışan Ayan Sədi çıxışında bizə Əhməd Cavadın "Susmaram"ını videoçarxda izlətdi.
Aytac Mustafayevə isə bu poeziya dəqiqələrinə Mikayıl Müşfiqli dəqiqələr əlavə etdi. Müşfiqin vətəni olan Xızıda onun şərəfinə muzeyində yaradılmasını qeyd edən Aytac ,Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Cabir Novruz kimi şəxsiyyətlərin yetişdiyi torpaqdan olmasını qürurla vurğuladı. "Həyat sevgisi" şeirini də bizə təqdim edən Aytac represiyya qurbanı olan Müşfiqin qəlbindəki həyat sevgisini bizə bir daha xatırlatdı.
Sonda isə Azərinin "Çırpınırdı Qara Dəniz"ifası ilə iştirakçılar öz təqdimatlarını bitiriblər.
Qonaqlar:
Jurnalistika fakültəsinin Dekan müavini Samir müəllim çıxışında Xumar xanım başda olmaqla bütün tədbir iştirakçılarına belə tariximizin hər dönəmini əhatə edən tədbir üçün fakültə rəhbərliyi adından təşəkkürünü bildirib. Bu tədbirin təqdir olunası tədbir olduğunu bildirib. Və gənclərə tövsiyyə olaraq tarixi öyrənməyi və tarixi sevməyi bildirib. Hər bir vətəndaşın xüsusilə jurnalistin tarixi bilmək borcunun olduğunu bildirib.
Milli Mətbuat Tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxışında bildirib:
" Azərbaycan tarixin işığında elə bir şəfəq açdı ki, o işıqla biz bütöv Azərbaycanıq. Azərbaycan heç zaman belə bütöv olmamışdı. Bunu Prezidentimiz bizə bəxş elədi, hələ tariximizdə bundan böyük hadisə olmayıb".
O gənclərə öz tövsiyyəsini də bildirib: "Bir işiniz var elm, sənət, bilgi və vətənə sevgi".
Sonda Xumar Səfərova da öz tələbələrini bu tədbiri uğurla başa vurduqları üçün təbrik edib və öz tövsiyyələrini bildirib, hər zaman olduğu kimi tarixi sevməyin vəzifə borcu olduğunu bir daha xatırladıb".
Nigar Həsənzadə