Metabolizmanı sürətləndirir, immuniteti dəstəkləyir!

Bölmə: Maraqlı › ,
Tarix: 23:39 27.12.2024

Yeni il yeni qərarlar və sağlam həyat hədəfi ilə başlayır. Sağlam qidalanma vərdişlərinin kiçik, lakin təsirli addımlarla həyat keyfiyyətini artıra biləcəyini ifadə edən Mütəxəssis Dietoloq Elif Melek Avcı Dursun, Yeni il sonrası detoks və arıqlama hədəflərinə töhfə verəcək xüsusi şorba reseptini paylaşdı.

 

Toksinləri çıxarmağa kömək edir

Mütəxəssis Dietoloq Elif Melek Avcı Dursun bu reseptin maddələr mübadiləsini sürətləndirən və immunitet sistemini dəstəkləyən məzmunu ilə həm aşağı kalorili, həm də ləzzətli bir seçim olduğunu bildirib və əlavə edib: “Bu şorba bədəninizdəki toksinləri çıxarmağa kömək edir və sağlam başlanğıc təmin edir",-dedi.

 

Yağ yandıran pəhriz balqabaq şorbasının tərkibi:

 

 - 2 orta ölçülü balqabaq

- 1 orta boy soğan

- 1 baş bibər

- 1 dəstə şüyüd

- 1 ovuc təzə nanə

- 1 orta şirin kartof

- 1 çay qaşığı zeytun yağı

- 6 stəkan su

 - Çili bibəri

 - sarıkök

- Qara bibər

 - Duz

Hazırlanması:

1- Balqabaq, soğan, bibər və şirin kartofu kiçik kublar şəklində doğrayın.

2- Qazana zeytun yağı qoyun və doğranmış soğanı yüngülcə qovurun. Sonra digər tərəvəzləri əlavə edib 6 stəkan su əlavə edib qaynamağa buraxın.

3- Tərəvəzlər yumşaldıqda şorbanıza çili bibəri, sarıkök, qara bibər və duz əlavə edin. Xırda doğranmış şüyüd və təzə nanə əlavə edin.

4- Bişmiş qarışığı blenderə qoyun.

5- İsti servis edin və şüyüdlə bəzəyin.

 

Mənbə: Pembenar

Kəmalə Vəliyeva