Saç dərisini rahatlaşdıran üsullar

Bölmə: Maraqlı › ,
Tarix: 20:57 28.12.2024

Qaşınan saç dərisi bir çox insanların zaman-zaman qarşılaşdığı ümumi bir problemdir. Stres, kəpək, quru dəri və ya allergik reaksiyalar kimi bir çox fərqli səbəb bu vəziyyəti yarada bilər. Saç dərinizi rahatlaşdırmaq üçün bir neçə təbii üsulu təqdim edirik:

 

1. Kokos yağı - Saç dərisinin quruluğunu aradan qaldırmaq və nəm balansını qorumaq üçün effektiv bir vasitədir. Saç dərinizə yüngül masajla tətbiq edin, 20-30 dəqiqə gözlədikdən sonra durulayın.

 

2. Alma sirkəsi - Saç dərisinin pH balansını bərpa edərək qaşınmanı azalda bilər. Bir stəkan suya iki yemək qaşığı alma sirkəsi əlavə edin və qarışığı saç dərinizə çəkin. 5-10 dəqiqə gözlədikdən sonra bol su ilə yuyun.

 

3.Çay ağacı yağı - Bir neçə damcı çay ağacı yağını bir çay qaşığı zeytun yağı ilə qarışdıraraq saç dərinizə tətbiq edin. 15-20 dəqiqə gözlədikdən sonra saçınızı yuyun.

 

4.Yulaf unu - Dərini sakitləşdirici təsiri ilə qaşınmanı azaldır. İncə üyüdülmüş yulaf ununu su ilə qarışdıraraq xəmir halına gətirin və saç dərinizə çəkin. 15 dəqiqə gözlədikdən sonra saçınızı durulayın.


Mənbə: PembeNar
Asiya Zeynallı