Gənclər arasında rəqəmsal platformaların yolu

Bölmə: Sosial › ,
Tarix: 15:16 30.12.2024

"Rəqəmsal platformalar bu gün gənclər üçün ünsiyyət qurmaq, məlumat əldə etmək və özlərini ifadə etmək üçün əsas vasitələrdən birinə çevrilib".

 

Gənclər arasında rəqəmsal platformaların yolu ilə bağlı sosioloq Məhbubə Mehdiyeva "informator.az" a açıqlamasında bildirib ki, rəqəmsal platformalar müasir gənclərin sosial həyatını demək olar ki tamamilə yenidən qurur:

 

“Əsrlər əvvəl birbaşa ünsiyyət vasitəsilə qurulan əlaqələr, indi virtual dünyada sosial media və mesajlaşma proqramları üzərindən aparılır. Real həyatda gənclər özlərini ifadə etməkdə çətinlik çəkir, ən əsası göz kontaktında yayınır, yeni insanlarla tanış olmaq üçün daha çox rəqəmsal vasitələrdən istifadə edirlər. Sosial media gənclərin qlobal miqyasda bir-biri ilə əlaqə saxlamasına şərait yaradır, dünya görüşü maştabin artır və daha sürətli nəticəyə səbəb olur”.

 

Gənclərin Rəqəmsal Məkan Davranış Modelləri Necə Formalaşır?

 

“Rəqəmsal məkanda davranış modellərinin formalaşmasına əsasən texnoloji mühit və sosial media təsir edir. Son araşdırmalara göre platformalar istifadəçilərə "ideal" obrazlar təqdim edir ki, bu da gənclərin öz davranışlarını və baxışlarını bu çərçivələrə uyğunlaşdırmalarına səbəb olur. Hər zaman mükəmməl görünmək istəyirlər. Əksəriyyət paylaşımlarında demək olar ki, qarşı tərəflərə daha ağıllı və daha gözəl görünmə düşüncəsi onları izləyir. Alqoritmlər, izlənmə statistikası və “bəyənmə” (like) mexanizmləri gənclərin rəqəmsal məkan davranışlarını istiqamətləndirir. Lakin bu məsələnin daha problemli tərəfi Digər tərəfdən, anonimlikdir. İnsanlar bir birinden aqressiyani nifrəti bu anonimlik şansından istifade edərək pis rəylər, təhqiredici ifadələr yazırlar.
Beləliklə sosial davranış qaydaları ciddi şekilde zədə alır”.

 

Platformalar Vasitəsilə Fərdi İnkişaf və Təhsil Üçün Hansı İmkanlar Mövcuddur?

 

“Rəqəmsal platformalar yalnız ünsiyyət üçün deyil, həm də fərdi inkişaf və təhsil üçün geniş imkanlar yaradır. YouTube, Coursera, Udemy və s. kimi platformalar vasitəsilə gənclər pulsuz və ya ödənişli dərslər əldə edərək biliklərini artıra bilərlər. Bundan əlavə, bu gün populyar olan telegram programı var ki, orada saysız pulsuz dil kursları vardır ki, hamıya açıqdır. Bütün bu platformalar şəxsin hansı kontekstdən istifadəsinə bağlıdır.
sosial media və müzakirə forumları vasitəsilə bilik mübadiləsi aparmaq mümkündür. Eyni zamanda, rəqəmsal vasitələr karyera planlamasında da gənclərə kömək edir – onlayn təlimlər, sertifikat proqramları və hətta peşəkar şəbəkələr qurmaq üçün LinkedIn kimi platformalar bu sahədə mühüm rol oynayır”.


Aydan Quliyeva