Azərbaycanın Yaşıl Enerji Strategiyası-Alternativ Mənbələrə Keçidin Əsas Səfəri
Bölmə: İqtisadiyyat › ,Tarix: 22:52 16.01.2025
Azərbaycanda ötən il yaşıl enerji istehsalı 2 dəfəyə yaxın artıb.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “informator.az”a açıqlamasında bildirib ki, ölkənin enerji strategiyasına görə, 2030-cu ilə qədər Azərbaycanın enerji istehsalının 30%-i yaşıl mənbələrdən təmin olunacaq. Hazırda bu rəqəm 10-12% arasında dəyişir:
“Yaşıl enerjinin 2 dəfəyə qədər artmasının əsas səbəbi son illər xüsusən də 2022-ci ilin sonunda Azərbaycanda Su Elektrik Stansiyalarının qurulmasıdır. Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyaları qurdular bunların da rolu vardır. Əsas məsələ günəş panellərinin qurulmasıdır. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə, Səudi Ərəbistanın “ACWA Power” şirkəti ilə, Böyük Britaniyanın “BP” şirkəti ilə alternativ enerjinin istehsalı istiqamətində müqavilə bağlandı. Artıq 2022-ci ilin sonunda Qaradağ rayonunda “Masdar” şirkətinin elektrik stanstiyası işə düşdü. Bu istehsalın həcmində alternativ enerjinin payını artırdı. Amma bu hələ başlanğıcdır. Ölkənin enerji strategiyasına görə 2030-cu ilə qədər Azərbaycanın enerji istehsalında 30% yaşıl mənbələrin hesabına enerji istehsal olunacaq. Hazırda 10-12% faiz arasıdır. Bu istiqamətdə həm “Masdar”şirkəti ilə 1 geqavata qədər külək, panel enerjisinin qurulması ilə əlaqədar müqavilələr imzalanılıb, həm də “BP” şirkəti ilə 240 meqavatlıq müqavilə imzalanılıb. Yəni ölkənin üst-üstə təxminən 2 geqavata qədər əlavə yaşıl mənbələr əsasında elektrik enerjisi istehsal edilməsi üçün bağlanılmış müqavilələri var. Azərbaycan yaşıl mənbələr əsasında elektrik enerjisi istehsal etdikcə istilik elektrik stansiyalarında istehsal edilmiş elektrik enerjisinə tələbat azalır həm də bu artan təlabatı ödəməyə yardım göstərir.
Azərbaycanın alternativ enerji sahəsində ölkə prezidentinin dəfələrlə dediyi kimi beynəlxalq maliyyə kaperasiyasının hesablamalarına görə 157 geqavat xəzər dənizinin küləy enerjisi mövcuddur, 37 geqavat isə həm külək həm su həm də günəş enerjisi potensialı mövcuddur. Təqribən 200 geqavata qədər potensial mövcuddur. Bununda təxminən 10 geqavatını istehsal etmək fikrimiz var”.
Ləman Ağayeva