“İnflyasiya ilə mübarizəni mənzil və enerji kimi sahələrdə atacağımız addımlarla dəstəkləyəcəyik”-Nazir Şimşək

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:21 17.01.2025

Xəzinə və Maliyyə naziri Mehmet Şimşək, “inflyasiya ilə mübarizəni tələb yönümlü siyasətlərimizlə yanaşı, ərzaq, mənzil və enerji kimi sahələrdə atacağımız təklif yönümlü addımlarla dəstəkləyəcəyik,” deyə bildirib.

 

Nazir Mehmet Şimşək sosial media hesabında inflyasiya ilə mübarizə barədə açıqlamalar verib. Onun mesajları aşağıdakı kimidir:

 

• Dezinflasiya prosesi ilə yanaşı, gözləntilərdəki yaxşılaşma davam edir. 12 ay sonrakı illik inflyasiya gözləntisi artıq 15 aydır azalır.


• İllik inflyasiya 2024-cü ildə 20 faiz bəndi azalıb.


• Bazar iştirakçılarının sorğusuna əsasən, 2025-ci ilin sonunda inflyasiyanın daha 17 faiz bəndi azalaraq 27,1 faizə düşməsi gözlənilir.


• İnflyasiya ilə mübarizədə uğur qazanmaq üçün gözləntilərdəki yaxşılaşmanın davamlı olması çox önəmlidir.


• Tələb yönümlü siyasətlərlə yanaşı, ərzaq, mənzil və enerji sahələrində təklif yönümlü addımlar ataraq inflyasiya ilə mübarizəni gücləndirəcəyik.

 

Mənbə: Hürriyyet
Ləman Ağayeva