Əxlaqın sosial mediada formalaşması-Qlobal trendlər və yerli dəyərlərin qarşıdurması

Bölmə: Sosial › ,
Tarix: 20:56 23.01.2025

Sosial mediada yayılan qlobal mesajlar gələcək nəsillərin əxlaq anlayışını necə formalaşdıra bilər?

 

Mövzu ilə bağlı şüuraltı üzrə mütəxəssis, şəxsi inkişaf koçu , beynəlxalq dərəcəli təlimçi İlahə Adil "İnformator.az"a açıqlamasında bildirib ki, son günlərdə sosial media həyatımızın çox böyük bir mərkəzinə çevrilib:

 

"İnsanın cəmiyyətə və əxlaqi dəyərlərinə ciddi təsir göstərir. Sosial media qlobal bir platformadır və bu platforma müftəlif dəyərlərin və dünya görüşlərin sürətlə yayılmasına şərait yaradır. Bu isə yerli cəmiyyətlərin ənənəvi əxlaqi prinsiplərinə yeni çağırışdır, yeni təsirdir. İnsanlar bu günki gündə təəssüflər olsun ki, əxlaqi prinsiplərin əksər davranış modellərini sırf sosial mediadan və böyük ictimai platformalardan götürür. Əxlaqi dəyərlər bir cəmiyyətin əsasını təşkil edir. Biz bu dəyərlərlə həyatımızı yönləndiririk".

 

Onun sözlərinə görə, yerli cəmiyyətlərin özlərinə uyğun əxlaqi modelləri var. Belə ki, sosial media platformaları, xüsusilə, Youtube, İnstagram, TikTok çox populyar şəbəkələrdir. İnsanlar bu platformalarda fərqli mədəniyyətləri öyrənir:

 

"Sosial mediada geniş müzakirə edilən mövzular var və bu da insanların düşüncə formatına çox böyük təsir göstərir. Sosial mediaya yayılan mesajlar, xüsusilə gənclər üçen əhəmiyyətlidir. Bu mesajlar təkcə şəbəkə üzərindən yayılan xəbərlər deyil, həm də əxlaqi və sosial dəyərlərdir. Sosial mediada yayılan bərabərlik, kulturalizm, ekoloji məsuliyyət və digər məsələlərə dair mesajlar gənclərin gələcəkdə əxlaqi qırarlar qəbul etməsinə təsir göstərə bilir. Bir tərəfdən sosial media gənclərə dünyagörüşünü genişləndirməyinə səbəb olsa da, digər tərəfdən təzyiqləri bəzən əxlaqi dəyərlərin dəyişməsi və təhdid edilməyə səbəb olur. Sosial şəbəkələrdə mütləq şəkildə müəyyən bir sərhədləyici alətlər olmalı, bəzi sərhədlər olmalıdır".

 

Aydan Quliyeva