Sənətkarın Psixoloji Portreti: İncəsənətdəki Daxili Mübarizə

Bölmə: Sosial › ,
Tarix: 21:41 23.01.2025

Psixologiya mühüm elmlərdən biri olub özünü müxtəlif sahələrdə göstərir. Belə sahələrdən biri də incəsənətdir. İncəsənətdə psixologiya geniş məna daşıyaraq rəssamların daxili dünyasını kəşf etməyə kömək edir, insanların psixoloji portreti ortaya çıxır.

Biz rəssamın keçirdiyi hissləri, daxili dünyasını və psixologiyasını onun çəkdiyi rəsm əsərlərində hiss edə bilərik. Hər bir əsər, yalnız gözəllik yaratmaq məqsədilə deyil, həm də hisslərin, təcrübələrin və psixoloji vəziyyətlərin bir əksidir.
Rəssamın psixoloji narahatlığı, o cümlədən daxili dünyasında keçirdiyi təəssüratlar rəsm əsərinə yansıyır. Onların yaşadığı travmalar rəsm əsərlərində kölgələnir. Tünd tonlardan və həssas mövzulardan rəsm əsəri rəssamın kədər, depressiya və narahatlığını ifadə edir. Bu təkcə onun öz daxili dünyasını deyil, cəmiyətdəki problemləri də əks edə bilər. Əsərin forma və strukturu da rəssamın qorxu və boşluğunu özündə göstərə bilir. Bir çox məşhur rəssamların adını çəkmək olar ki, onların rəsmləri tamam fərqli bir auradadır və psixoloji narahatlığı özündə göstərir. Məsələn, Frida Kahlo'nun əsərləri, onun həm fiziki, həm də emosional ağrılarını izah edir. Bu, sənətkarın öz daxili dünyasını, keçirdiyi çətinlikləri və mübarizələri sənət vasitəsilə başa düşməyimizə imkan verir.Belə əsərlər daha çox emosional təsir bağışlayır. Rəssamın yaradıcılığına diqqətlə araşdırdıqda onun daxili və psixoloji vəziyyətini başa düşmək olur. Pablo Pikassonun da çətin və sarsıntlı bir dövrü olmuş və bu "Mavi dövr" adlanır. Rəssam bu dövrdə yaradıcılığında soyuq və mavi tonlardan istifadə edərək tənhalıq və kədəri ifadə etmişdir.
Daha yaxşı və müsbət psixologiyaya məxsus rəssamın sənət əsəri fərqli atmosferdə olaraq digərlərindən fərqlənir. Açıq rənglər, xoş təəssürat bağışlayan peyzaj, portretlər, yumuşaq xətlər və pozitiv ifadələr bu formada olan əsərlərdə üstünlük daşıyır. Rəssam öz təcrübə və düşüncələrini əsərlərinə ötürür. Təbiət təsvirləri, gülümsəyən insan portretləri, xoşbəxt ailə tabloları, uşaqlar və s kimi əsərlər pozitivliyi ilə diqqət çəkir.
İncəsənət bir növ terapiya rolunu oynayır. Kimisi incəsənətdə öz rahatlığını tapır, kimisi də çox dərin psixoloji sıxıntılara görə yaradıcılığını bitirir. Çünki bəzən belə hallarda rəssamlar özünü ifadə edə bilmir nəticədə solğun və ifadəsiz əsər ortaya çıxır. Bu, sənət və psixologiyanın qarşılıqlı əlaqəsini göstərir və sənətin insan psixikasına necə təsir etdiyini nümayiş etdirir. İncəsənət  psixoterapevtik müalicə üçün də istifadə edilir. Bir çox psixoterapevt, sənət vasitəsilə xəstələrinin emosional vəziyyətlərini başa düşür və onların daxili dünyalarına daxil olurlar. Bu, həmçinin insanın öz psixoloji vəziyyətini daha yaxşı başa düşməsinə və içindəki emosional yükü azaldılmasına kömək edir. Həmçinin, sənət, izləyicilərin öz emosional vəziyyətlərini daha yaxşı anlamalarına kömək edir. Bir çox insan sənət əsərləri ilə əlaqə quraraq, öz daxili narahatlıqlarını və hisslərini ifadə etməyə başlayır. Beləliklə, sənət yalnız bir ifadə vasitəsi deyil, həm də insanın daxili dünyasına, mübarizələrinə və həyatına dair bir yol açır.

Nurcan İsmayılova