Cemrə neçə dəfə düşür və hansı tarixlərdə?

Bölmə: Maraqlı › ,
Tarix: 18:13 24.01.2025

 

 

Cemrə tarixləri baharın yaxınlaşdığı dövrdə insanların ən çox araşdırdığı mövzulardan biridir. Xalq arasında havaların istiləşməsinə işarə etdiyi düşünülən cemrə, keçən il 19-20 fevral tarixləri arasında düşüb. Bu il üçün də cemrənin nə vaxt düşəcəyi, ilk cemrənin nə vaxt düşəcəyi kimi mövzular maraq doğurur.

 

2025-ci ildə cemrə nə vaxt düşəcək?

 

Xalq təqviminə əsasən, noyabr günlərinin 100-cü günü (miladi təqvimlə 15 fevral) qışın təsirini itirməyə başladığı gün hesab olunur. Xalq inanclarına görə, bu tarixdən 5 gün sonra cemrələr düşməyə başlayır.

 

Cemrə neçə dəfə düşür və hansı tarixlərdə?

 

Cemrə, havaların istiləşməsini ifadə edən və Novruzun yaxınlaşdığına işarə edən bir təbiət hadisəsidir. Ümumilikdə üç dəfə düşür:

 

İlk cemrə 19-20 fevral tarixlərində havaya düşür.

 

İkinci cemrə 26-27 fevral tarixlərində suya düşür.

 

Üçüncü və son cemrə isə 5-6 mart tarixlərində torpağa düşür.

 

Cemrə nədir?

 

Cemrə, Türk xalq mədəniyyətində baharın gəldiyini müjdələyən önəmli bir təbiət hadisəsidir. Bu hadisə müəyyən tarixlərdə ardıcıl olaraq havaya, suya və torpağa düşərək istilik dəyişikliklərini simvolizə edir.

 

Mənbə: CNN Türkçe

Nigar Həsənzadə